• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Braziliyanın qarşısını kəsən mənim üçün həmişə qəhrəmandı” - MÜSAHİBƏ

Manşet / Müsahibə

16-12-2022, 15:0

Dünya futbolunda iz buraxmış ən xarizmatik qapıçılardan biri, heç şübhəsiz, Oliver Kandı.

Futbolsevərlər onu “Bavariya”dakı və Almaniya yığmasındakı çıxışı ilə gözəl xatırlayır. Kan saysız-hesabsız titul qazansa da, dünya çempionu ola bilməyib. 53 yaşlı Kan hazırda Münhen nəhənginin idarə heyətinin sədri vəzifəsini icra edir. O, Qətərdəki mundialı da FİFA-nın xüsusi qonağı qismində izləyir. Bu arada Kan Qətərdə olan “Rossiyskaya qazeta” (rg.ru) saytının əməkdaşlarına müahibə verib. Qeyd edək ki, “Bavariya”nın və Almaniya yığmasının qapıçısı Manuel Noyer bugünlərdə xizək sürərkən ayağını qırıb. Təcili əməliyyat olunan təcrübəli əlcək sahibi mövsümün sonuna qədər sıradan çıxıb! Ona görə də “Bavariya”nın DÇ-2022-nin qəhrəmanlarından biri olan xorvatiyalı qapıçı Dominik Livakoviçlə maraqlanması haqda xəbərlər peyda olub.

Football-plus.az xəbər verir ki, Kan həm bu, həm də başqa mövzular haqda danışıb.

- Sizin daim nəsə yazdığınıza, müəyyən qeydlər apardığınıza fikir vermişik. Bilmək olarmı ki, orda hansı qeydlər yazılıb?
- Deyəsən, mənim planşetimi oğurlamaq istəyirsiz (gülür). Bu, sadəcə, bir vərdişdi. Həmişə belə edirəm. Diqqətimi cəlb edən və yaddaşımda iz buraxan oyunçulara qiymət verməyə çalışıram. Sonra öz yazdıqlarımı oyunların nəticələri ilə müqayisə edirəm. Yəni bir növ izlədiyim oyunçulara dair cədvəl ortaya çıxır.

- Deməli, “Bavariya” üçün yeni oyunçulara baxırsız?
- Öz komandasını mümkün qədər güclü və rəqabətədavamlı etmək hər bir top-menecerin vəzifəsidi. Təbii ki, mənim də “Bavariya” üçün seçdiyim və komandada görmək istədiyim bəzi namizədlərim var. Amma onların adlarını sizə açıqlamaq fikrim yoxdu. Belə şeyləri mətbuata açıqlamırlar. Digər tərəfdən Qətərdə mənim kimi oyunçu izləyib bəyənən yüzlərlə, minlərlə klub rəsmiləri var.

- Bəlkə ən birinci qapıçı mövqeyi ilə maraqlandığınızı etiraf edəsiz? Çünki bugünlərdə Manuel Noyerin ciddi zədə aldığı və əməliyyat olunduğu üzə çıxdı. Son durumu necədi və bu problemi necə yoluna qoyacaqsız?
- Manuel turnirdən sonra bir qədər başını qatmaq istədi. Həqiqətən də yaşadığı böyük stressdən sonra onun psixoloji cəhətdən dincəlməyə ehtiyacı var idi. Noyerin dağ xizəyinin böyük pərəstişkarı olduğu heç kimə sirr deyil. Bu üzdən xizək sürmək üçün dağın başına qalxdı. Halbuki oranın əməkdaşları həmin gün ona dəfələrlə xəbərdarlıq etdilər. Çünki qar çox yağmamışdı. Hər yer daş-qalaq, kələ-kötür idi. Belə vəziyyətdə xizək sürmək çox təhlükəli idi. Amma Noyer heç vaxt heç kimi dinləmir! Nəticədə yenicə tərpənmişdi ki, onu ordan endirmək üçün vertolyotla xilasedicilər gəlməli oldular. Birbaşa xəstəxanaya çatdırılaraq əməliyyat olundu. Noyerin dünyanın ən güclü qapıçılarından biri olduğunu nəzər alsaq, onu mövsümün sonuna qədər itirməyimiz çox üzücü durumdu. Bizim üçün ciddi itkidi. Hər halda, ümid edirik ki, müalicə kursu yaxşı keçəcək və Noyer məşqlərə əvvəlki kimi istəkli şəkildə qayıdacaq. Hələ ki bu problemi necə həll edəcəyimizi düşünürük. Amma bu, müvəqqəti problemdi. Noyer mütləq qayıdacaq.

- “Bavariya”ya keçməyə namizəd olan qapıçıların başında Dominik Livakoviçin dayanması xəbəri doğrudu?
- Braziliyanın qarşısını kəsən mənim üçün həmişə qəhrəman sayılacaq. Həmişə braziliyalıların əleyhinə azarkeşlik edirəm. Bu, şəxsi məsələdi. 2022-ci ildən başlayıb (gülür). Braziliya kənardan güclü və məğlubedilməz görünürdü. Amma sən demə, bu gözəl və möhtəşəm görünüşə malik olan şar azacıq bir iynə toxunduran kimi partladı! Xorvatiya çox intizamlıdı və istənilən komanda üçün çətin rəqibdi. Argentinanı da keçə bilərlər (müsahibə oyundan əvvəl götürülüb – Ə.R.). Livakoviçə gəlincə, sözsüz, ən xoş sözlərə layiqdi. Belə istedadlı qapıçı mütləq top-klubda oynamalıdı. Əminəm ki, gələn mövsüm belə də olacaq. Amma o, bizim maraq dairəmizə daxil deyil.

- Braziliyaya qarşı bu antipatiyanın hardan yarandığını güman etmək çətin deyil. DÇ-2002-nin finalında yol verdiyiniz səhvdən sonra toparlanmaq çətin oldu?
- Təsəvvür edin ki, həmin an bütün dünyada 2 milyard insan mənim səhvə yol verməyimin şahidi oldu. Uzun illər rəqib komandaların azarkeşləri məni görəndə meymunsayağı hərəkətlər edib, səslər çıxarırdılar. Mənə tərəf banan atırdılar. İlk vaxtlar belə şeylər mənə çox gülməli gəlirdi. Amma müəyyən müddətdən sonra bunu özümə qarşı alçaldıcı hərəkət kimi qəbul etməyə başladım. Artıq bunu gülüşlə qəbul edə bilmirdim. Hətta bir müddət psixoloq köməyinə ehtiyac duydum. İndi elə zəmanədə yaşayırıq ki, belə şeyləri açıq şəkildə dilə gətirmək mümkündü. Buna görə heç bir mənfi reaksiya ilə qarşılaşmayacam. O vaxt isə durum fərqli idi. Psixoloq yanına getdiyimi qətiyyən heç kim bilməməliydi. Və bunu gizli şəkildə etmək üzərimdə bir qədər də təzyiq və gərginlik yaradırdı.

- Son aylarda və elə DÇ-2022-nin gedişində də “Bavariya”nın Kriştiano Ronaldoya qucaq açmağa hazır olması haqda xəbərlər səngimək bilmir...
- Düzünü desəm, bu xəbərlərin hardan peyda olduğunu anlamıram. Tam uydurma bir xəbərdi. Sözsüz, Kriştiano əla futbolçudu. Amma o, bizim klubun fəlsəfəsinə, ənənələrinə uyğun gələn futbolçu deyil.

- Braziliyanın mübarizəni dayandırmasına sevindiyinizə işarə vurduz. Bəs Almaniya pley-offdan kənarda qalanda hansı hissləri keçirdiz?
- Böyük bir üzüntü yaşadım. Çox ağrılı bir durum idi və bununla barışmaq çətin oldu. Komanda fiziki cəhətdən pis hazırlaşmamışdı və irəliləyə bilərdi. Amma komanda daxilində birlik yox idi! Bundestimin mübarizəni dayandırmasına məhz bu amil səbəb oldu.

- Hans-Diter Flikin günahı yoxdumu? Axı kollektivin daxilindəki alovu məhz o söndürməliydi.
- Bir yığma iki yerə bölünübsə və qruplaşmalar yaranıbsa, artıq bu vəziyyətdə düzgün çıxış yolu tapmaq çox çətindi. Üstəlik komandanın DÇ-yə hazırlaşmaq üçün elə də çox vaxtı yox idi. Flikin bu qısa müddət ərzində vəziyyəti dəyişmək üçün təcrübəsi çatmadı. Bəlkə də yetərincə sərt olmadı... Amma bu durumu dəyişmək mümkündü. İnanıram ki, Almaniyada keçiriləcək AÇ-2024-ün gedişində artıq tam fərqli, ən yüksək hədəflər uğrunda mübarizə aparmağa qadir olan bir kollektiv görəcəyik.

- Belə çıxır ki, Flikə ikinci şans veriləcək?
- O, ağıllı məşqçidi və işinin öhdəsindən gələcəyini düşünürəm.

- Turnirin ən böyük sensasiyası olan Mərakeş haqda nə düşünürsüz? Afrikalılardan belə oyun gözləyirdiz?
- Bildiyiniz kimi, mərakeşli Nussair Mazraui “Bavariya”da top qovur. Əla müdafiəçidi. Müdafiəni keçilməz etməyə qadir olan oyunçulardandı. Belə futbolçular hər komandanı güclü edir. Mərakeşlilər bu turnirdə döyüşkən keyfiyyətlərini göstərdilər. Düzdü, belə oyun tərzini tənqid etmək də olar. Amma onu qəbul etmək lazımdı. Çünki futbolda yeni bir trenddi. Yeri gəlmişkən, planşetimdə bir çox mərakeşli futbolçu qeyd olunub...

- Deməli, onlardan birinə yaxşı pul təklif edəcəksiz?
- Bunu DÇ-dən sonra biləcəksiz.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-12-2022, 12:0

"Bavariya" Navasın transferində problem yaşayır

Dünya futbolu

14-11-2022, 23:0

"Bu hissi özümüzlə Qətərə aparmalıylıq"

Aktual
“Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Son xəbərlər
  • Bu gün, 16:30
    “Neftçi” braziliyalı futbolçu ilə gücləndi
  • Bu gün, 16:02
    "Qarabağ"ın daha bir rəqibi açıqlandı
  • Bu gün, 15:50
    Şara “Bullet" Maqomedov: “Xəzərin piratı” Bakıdadı
  • Bu gün, 15:13
    O da viza ala bilmədi - DÇ-nin problemi
  • Bu gün, 14:44
    ''Alınmayanda alınmır'' - Montella fiaskodan sona nələr dedi?
  • Bu gün, 14:25
    “Azərbaycanlı ilə meksikalı üz-üzə gələndə, həmişə möhtəşəm döyüş alınır” - Fiziyev Bakıya qayıtdı
  • Bu gün, 13:55
    “Əliyar Ağayevi DÇ-2022-də görmək istəyirdilər” - Xaqani Məmmədovdan maraqlı açıqlamalar
  • Bu gün, 13:24
    Azarkeşləri atəşə tutdular - DÇ-nin qorxusu
  • Bu gün, 12:51
    "Şamaxı"nın sabiq futbolçusu "Sabah"da
  • Bu gün, 12:20
    Ulduz futbolçu nə vaxta qədər gözləyəcək?
  • Bu gün, 11:49
    “Futbol kondisionerli ofislərdə oturan idarəçilərin əsirinə çevrilir” – DÇ-nin iradı
  • Bu gün, 11:12
    Milli futbolçu məhkəmədə cavab verəcək
  • Bu gün, 10:46
    Türkiyə nağılı başlamadan bitdi - 60 zərbə, 0 qol!
  • Bu gün, 10:31
    "Qarabağ"da ayrılıq və yeni transferlər - Qurban Qurbanovun arzusu çin olacaqmı?
  • Bu gün, 10:15
    Çempionun Avstriya toplanışı davam edir
  • Bu gün, 10:07
    "Qarabağ" ilk yoxlama oyununda "Zirə" ilə üz-üzə
  • Bu gün, 09:54
    Braziliyanın Haitiyə vurduğu qollar - VİDEO
  • Bu gün, 09:30
    "Çalışacağıq ki, pley-offa vəsiqə qazanaq" - Emin Kürdov
  • Bu gün, 09:08
    "Ay-ulduzlular" evə üzüqara qayıdır… - DÇ səhəri
  • Bu gün, 08:52
    Səidcəmşid və Murad yarımfinalda - Dünya kuboku
  • Bu gün, 08:30
    “Bəlkə də İtaliya 64 komandalı turnirə vəsiqə qazanacaq...” - DÇ-nin zarafatı
  • Bu gün, 08:08
    Kişilər uduzdu, qadınlar qələbə qazandı - Avropa Liqası
  • Bu gün, 08:00
    PFL qalibləri mükafatlandırdı - "Ayın qolu"
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 247
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə