• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA-nın baş katibinin Şaxta Babadan istəyi yığma ilə bağlı oldu

Ölkə futbolu / Manşet / Müsahibə

2-01-2023, 23:0

Bu gün Azərbaycan futbolunda əsas söz sahiblərindən biri də Sərxan Hacıyevdi.

O, martın 17-də AFFA-nın baş katibi vəzifəsinə təyin olundu və bununla da Elxan Məmmədovun 15 illik hakimiyyəti başa çatdı. Etiraf etmək lazımdı ki, Hacıyevin gəlişindən sonra qurumun ünvanına yönələn tənqidlər yetərincə səngiyib. İl dəyişən ərəfədə qapısını açdıq, bəzi suallara cavab almağa çalışdıq.

“Mən də belə qərar verərdim”
- Siz baş katib olandan sonra AFFA-nın fəaliyyətində hansı dəyişikliklər olub? Onu da qeyd edək ki, son vaxtlar sanki quruma yönələn tənqidlər bir qədər azalıb, yumşalıb.
- Müxtəlif meyarlara görə sualı konkretləşdirmək istəməzdim. İcraiyyə Komitəsinin qərarı ilə təyinatımdan sonra AFFA prezidenti və İK üzvləri tərəfindən qarşıma qoyulan işlər davam etdirilib. Qeyri-adi və ya xüsusi bir dəyişiklik olduğunu deməzdim. Sadəcə, hər bir əməkdaş, hər şöbə öz işindədi və gördüyü işə görə cavabdehlik daşıyır. Əsaslı islahatların olduğunu düşünmürəm.

- Çoxları sizi AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun kadrı kimi qəbul edir. Bu gün müstəqil qərar qəbul edə bilirsiz, yoxsa Elxan bəylə məsləhətləşirsiz?
- Baş katibin səlahiyyətində olan qərarlarda çərçivə yoxdu. Müstəqil şəkildə qərar verilir. Prezident səviyyəsində verilənlər isə katiblik tərəfindən icra olunur.

- Elə olub ki, qərar verərkən iki yol ayrıcında qalmısız? Belə halla üzləşəndə, adətən, kimin məsləhətini dinləyirsiz?
- Bu suala birmənalı şəkildə belə cavab verərdim. Belə hal yaşananda şöbə rəhbərləri və birgə çalışdığım komandamızın üzvləri ilə məsləhətləşirəm. Təbii ki, müəyyən vaxtlarda qeyd etdiyiniz məqamlar olur. Hətta bəzən hansısa məsələnin müzakirəsində əməkdaşlar arasında fikir ayrılığı da yaşanır. Sonda ortaq məxrəcə gəlirik.

- Təkbaşına qərar verməli olsaydız, Canni de Byazi ilə yeni müqavilə bağlayardız?
- Bu İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdi. Əvvəlki müsahibələrimdə bu suala müəyyən qədər cavab vermişəm. İK üzvləri nəyə əsaslanıb bu qərarı verdilər? Əsasən pozitiv dinamikaya, son oyunlarda kollektivdə yaşanan ruh yüksəkliyinə və həm də sonda cüzi də olsa, komanda qrupda ikinci yeri tutmaq şansını qoruduğuna görə. Subyektiv fikrimi bilmək istəyirsizsə, qeyd etdiyim səbəbləri nəzərə alıb, mən də belə qərar verərdim.

“Nə qədər təəccüblü olsa da, Çexiya “Sparta”sının fanatıdı”
- AFFA-nın baş katibi həftədə neçə dəfə futbol oynayır?
- Həftə deməzdim, ayda bir və ya iki dəfə meydana çıxıram. İşlərin çoxluğu tez-tez futbol oynamağa imkan vermir. Onu da qeyd edim ki, özümü güclü futbolçü saymıram.

- Hansı mövqedə oynayırsız?
- Daha çox qapıda dururam.

- Firuz bəy isə qol vurmağı xoşladığından daha çox hücumda oynayır (AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, görüşdə o da iştirak edirdi – R.)...
- Bəli, Firuz müəllim qol vurmağı xoşlayır. Ancaq onu da vurğulayım ki, vurduğu qolların 99 faizi oyundankənar vəziyyətdən olur (gülür).

- Qapıda dayanmağı xoşlayırsızsa, belə çıxır ki, uşaqlıqda kumiriniz də qapıçı olub...
- Futbolla maraqlanan hər kəs kimi mənim də uşaqlıqda xüsusi rəğbət bəslədiyim futbolçu olub. Ancaq o qapıçı deyil. Uşaqlıq kumirim Alessandro Del Pyero idi. Uzun illər onun azarkeşi olmuşam.

- Belə çıxır ki, siz də İtaliya futbolunun azarkeşisiz?
- Bəli.

- Sualı bir qədər də konkretləşdirək. İtaliyada hansı komandanın tərəfdarısız?
- “Yuventus”un. O da Alessandroya görədi.

- Firuz bəy də “Yuventus” azarkeşidi...
- Bəli, yenə gəlib Firuza çıxırıq (gülür). Yeri gəlmişkən, bir məsələni də sizə deyim. Bizim əməkdaşlardan biri, nə qədər təəccüblü olsa da, Çexiya “Sparta”sının fanatıdı. Həmin əməkdaş “Sparta”nın ötən əsrin 80-ci illərindən bu yana bütün heyətini tanıyır.

- “Yuventus” azarkeşi kimi İtaliya klubunun oyunlarını canlı izləmisiz?
- Xeyr. “Yuventus”un oyununda heç vaxt olmamışam. Amma təsadüf nəicəsində stadionunda olmuşam. Xatırlayırsızsa, 2021-ci ildə DÇ-nin seçmə mərhələsi çərçivəsində yığma Portuqaliya ilə İtaliyada qarşılaşdı. Həmin matç “Yuventus”un meydanında baş tutmuşdu. İlk dəfə Turində onda olmuşam.

“Adama bir sosiska və yanında bir az kartofa görə 190 avro ödədik”
- İşlə bağlı tez-tez müxtəlif ölkələrə səyahət etməli olursuz. Bu günə kimi neçə ölkədə olmusuz?
- Ölkələrin sayını dəqiq xatırlamıram. Ancaq Avropanın əksər ölkələrinə yolum düşüb. Hətta elələri var ki, orda bir neçə dəfə olmuşam. Başqa qitələrə də səfər etmişəm.

- İstirahət üçün bəyəndiyiniz ölkənin adını çəkərdiz.
- Əvvəlcə onu bildirim ki, işgüzar səfər başqa, istirahət üçün harasa yollanmaq başqa. İşgüzar səfər çərçivəsində Avropanın əksər ölkəsində olsam da, oranı gəzmək imkanım olmayıb. Məsələn, FİFA və UEFA-nın mənzil-qərargahının yerləşdiyi İsveçrəyə bəlkə 10-15 dəfə getmişəm. Ancaq Cenevrənin mərkəzində gəzmək şansım olmayıb. İstirahət üçün səyahətə gəlincə, öncə onu bildirim ki, passiv istirahətə üstünlük verirəm. Çox gəzməyi xoşlamıram. Bəyəndiyim yer Antalyadı. Dənizin kənarında passiv istirahət ürəyimcədi.

- Qışda, yoxsa yayda səyahət etməyi sevirsiz?
- Təəssüf ki, qışda vaxtım olmur. Adətən, iyunda istirahətə çıxıram. Həmin vaxt futbolda tətil olur.

- Səyahətlər zamanı başınıza gələn maraqlı hadisə danışa bilərsiz?
- Əslində belə hallar çox olub. Sadəcə, indi yada sala bilmirəm (düşünür). Bir dəfə İsveçrədəydik. Həmkarlarımızdan biri təklif etdi ki, yüngül qəlyanaltı edək. Bu məqsədlə bir kafeyə girdik. Sosiska və free (kartof) sifariş etdik. Sonda hesabı ödəmək istəyəndə qəbzdə yazılan məbləğ bizi təəccübləndirdi. Təsəvvür edin ki, adama bir sosiska və yanında bir az kartofa görə 190 avro ödədik (gülür).

- AFFA-nın baş katibi işdə olduğu müddətdə, adətən, harda nahar edir?
- Assosiasiyanın kafesində. Bəzən iş çox olur. Belədə otağımda nahar edirəm.

- Mən də həmin kafedə nahar etmək istəsəm, hansı yeməyi məsləhət bilərdiz?
- Demək olar, nahar menyuları hər yerdə oxşardı. Bizim kafeyə getmək istəsəz, spagetti ilə toyuq budlarını sizə tövsiyə edərdim.

- Özünüzü qurman sayırsız?
- Bəli.

- Ən çox bəyəndiyiniz yemək və ya yeməklər hansılardı? Hansı ölkənin mətbəxinə üstünlük verirsiz?
- Ən çox un və ətdən hazırlanan təamları bəyənirəm. Bir qədər də konkretləşdirsək, xəngəl və gürzənin adını çəkərdim.

- Sizə baxanda qurman olduğunuzu demək olmaz. Artıq çəkiniz yoxdu. Bunun üçün pəhriz saxlayırsız, yoxsa orqanizminiz belədi?
- Orqanizmdən asılıdı. Özüm də çalışıram formada qalım. Hiss edəndə ki, müəyyən həddi keçmişəm, pəhriz saxlayıram.

- Müəyyən həddi keçdiyinizi kimsə sizə deyir, yoxsa özünüz bunu hiss edirsiz?
- Hərdən elə olur özüm hiss edirəm. Bəzən də kənardan deyirlər. Adətən, belə fikirlər üst-üstə düşür. Özüm hiss edəndən sonra kənardan da siqnallar gəlməyə başlayır.

“Qarabağ”da oynayıb “Neftçi”də baş məşqçi olardım”
- Bu gün futbolçu olsaydız, “Qarabağ”da oynamaq isyərdiz, yoxsa “Neftçi”də?
- Bir komandada oynayıb, digərində baş məşqçi olardım. Ancaq gəlin klubları dəqiqləşdirməyək.

- Yəni Qurban Qurbanov kimi. Vaxtilə “Neftçi”də oynasa da, hazırda “Qarabağ”ın çalışdırıcısıdı...
- Mən bu dəfə əksinə edərdim. “Qarabağ”da oynayıb “Neftçi”də baş məşqçi olardım.

- Yığma məğlub olanda hansı hissləri keçirirsiz? Özünüzü də məğlubiyyətdə günahkar hesab edirsiz?
- Açığı, olur elə hisslər. Fikirləşirəm ki, bəlkə də AFFA olaraq, nəyisə düz etməmişik. Ancaq elə yenilgilər olur ki, reallığı da nəzərə almalı olursan. Məğlubiyyətdən sonra məyusluq hissini çalışıram tez geridə qoyum. Gələcəyə nikbin baxmaq istəyirəm.

- Hər məğlubiyyətdən sonra ictimai qınaq, mətbuatda gedən tənqidi yazılar sizə necə təsir edir?
- Sözün düzü, sağlam, etik normaları aşmayan tənqidə normal yanaşıram. Onu da qeyd edim ki, sağlam, obyektiv tənqiddən çox vaxt nəticə çıxarırıq. Çərçivəni aşan tənqiddən, daha doğrusu, təhqirdən neqativ emosiya yaşamamaq üçün çalışıram yan keçim.

“Çox vaxt otağın qapısını açıq saxlayıram ki...”
- Dünya futbolunda kumirinizin kim olduğunu bildik. Bəs yerli futbolçular arasında beləsi var?
- Hər dövrdə məşhur futbolçularımız olub. Anatoli Banişevski, Kazbek Tuayev, Ələkbər Məmmədov, onlardan sonra Nazim Süleymanov, İsgəndər Cavadov, Vəli Qasımov kimi sayılıb-seçilənlər var. Bir az gənc veteranlardan Fərrux İsamayılov, Cahangir Həsənzadə və Vadim Vasilyevi qeyd etmək olar. Sonuncu adını çəkdiklərimin oyunlarını azarkeş kimi stadiondan canlı izləmişəm. Uşaq vaxtı müəyyən yerlərdə onlarla rastlaşanda çox xoş emosiyalar yaşayırdıq. Ola bilsin, kimlərisə unutdum.

- İlk dəfə stadionda hansı oyunu izləmisiz?
- 2002-ci ildə keçirilən Azərbaycan – İtaliya maçı azarkeş kimi stadiondan izlədiyim ilk qarşılaşma olub.

- Maşallah, böyük otağınız var. Özü də tək oturursuz. Darıxdığınız anlar olur?
- Çox vaxt otağın qapısını açıq saxlayıram ki, dediyiniz anları yaşamayım.

- Tez-tez qonaqlarınız olur?
- Bəli, qonaqlarımız çox olur.

- AFFA-da çalışan hansısa şəxs istədiyi vaxt baş katibin qəbuluna düşüb problemini deyə bilir?
- Bəli. İstənilən əməkdaşımız istənilən vaxt müraciət edib görüşə bilər. Birbaşa özümə də müraciət edə bilər və edirlər də. Telefonla da əlaqə saxlayırlar. Bu qapıda hansısa maneə yoxdu. İstər iş, istərsə də başqa məsələlər ilə bağlı müraciət edənlər olur. İmkan daxilində çalışıram kömək göstərim. Onu da qeyd edim ki, AFFA-dan kənarda fərqli mövzularla bağlı müraciət edənlər az deyil. İnanmıram ki, bu gün kimsə “AFFA-ya getdim, məni qəbul etmədilər, problemimlə maraqlanmadılar” söyləsin.

- Sizə ən çox müraciət edən veteran futbolçu kimdi?
- Beləsi var. Məncə, siz də bilirsiz kimdi o.

- Biz onu sizdən eşitmək istəyirik...
- Ad çəkməyəcəm. Bu bir qədər qeyri-etik olar. Bir-iki veteranımız var ki, görüşmək üçün tez-tez müraciət edir. Ümumiyyətlə, veteranlarla tez-tez görüşürük. Onların arasında müxtəlif yarışlar keçirmək istəyənlər var. Biz də bacardığımız qədər çalışırıq kömək göstərək. Lakin bunu hər zaman edə bilmirik. Çünki müraciət edənlərin sayı yetərincə çoxdu.

- Sonda istərdik blits-müsahibə edək.
- Buyurun.

- Yalanı, yoxsa xəyanəti bağışlamazsız?
- Xəyanəti. Yalanın yaxşısı da olar, pisi də. Məncə, xəyanətin yaxşısı olmur.

- İnsanlarda ən çox dəyər verdiyiniz xüsusiyyət?
- Səbirli olmaq.

- Ən çox bəyəndiyiniz film?
- “Pianoçu”.

- Xoşladığınız, daim müraciət etdiyiniz idman firması?
- “Nike”

- Novruz, yoxsa Yeni il?
- Novruz bayramı.

- Azərbaycanın hansı bölgəsində istirahət etməyə üstünlük verirsiz?
- Şəki - Zaqatala bölgəsində. Dağların ətəyində dincəlməyə üstünlük verirəm.

- Yeni ildə Şaxta Babadan nə istərdiz?
- Futbol sahəsini götürsək, çox istərdim ki, yığma uğurlu seriyanın davamını 2023-cü ildə də gətirsin. Ümumilikdə isə xalqımıza sülh və əmin-amanlıq, insanlarımıza uğurlu işlərinin bəhrəsini görməyi arzulayıram.

RƏŞAD

Təqdimat
Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb.
2004-08-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.
2006 -08-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.
2008-09-cu illərdə həqiqi hərbi xidmətdə olub.
2009-cu ildən indiyə qədər AFFA-da işləyir:
• 2009-11 – Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi
• 2011-12 – Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri
• 2012-22 (mart) - baş katibin müavini

Paylaş:
Digər xəbərlər

Aktual / İdman

16-03-2022, 18:0

AFFA-nın baş katibi dəyişir

Ölkə futbolu

17-03-2022, 14:0

“Baş katib AFFA-nın daxilində püxtələşmiş kadrdı” -Elxan Məmmədov

Ölkə futbolu / Manşet

28-07-2022, 16:0

Vasif İsmayılov: “AFFA-nın qərarı bizim üçün fürsət idi”

Ölkə futbolu / Manşet

15-07-2022, 15:0

AFFA qərar verdi: Region Liqasından daha bir klub divizionda iştirak edəcək

Ölkə futbolu / Manşet

28-07-2022, 17:0

Taleh Gülməmmədov: “Çox güman, nəzərlərində hansısa bir komanda var və onu 1-ci diviziona buraxacaqlar”

Aktual
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
“Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Son xəbərlər
  • Bu gün, 22:36
    Qitə çempionunda “Real”lı yoxdu!
  • Bu gün, 21:46
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • Bu gün, 21:15
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • Bu gün, 20:44
    Alleqri gözlənilən aqibəti yaşadı
  • Bu gün, 20:13
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
  • Bu gün, 19:42
    UEFA-nın əməkdaşı Tovuza gəldi, qərar verməyib getdi
  • Bu gün, 19:15
    "Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi
  • Bu gün, 18:44
    Bundesliqada çempion olmuş komanda aşağı liqaya yuvarlandı!
  • Bu gün, 18:13
    Konte hansı klubun başına keçəcək?
  • Bu gün, 17:42
    “Şəfa” Elgiz Kərəmlini göndərdi – “sadəcə, sənəd üzərində hələ də...”
  • Bu gün, 17:22
    Fransa klubunda gözləniməz istefa
  • Bu gün, 16:51
    "Sabah" Nicatla yola davam etmədi
  • Bu gün, 16:20
    Pasportu oğurlandı, məşqlərdən kənarda qaldı
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 213
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 199
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Oxunub: 186
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə