Avram Qrantın yeni iş yeri məlum olub.
Football-plus.az xəbər verir ki, israilli mütəxəss yenidən Afrikada işləyəcək.
O, Zambiya millisinin baş məşqçisi təyin olunub. 67 yaşlı çalışdırıcı ilə ikiillik müqavilə imzalanıb.
Qeyd edək ki, 2008-ci ildə “Çelsi”dən ayrılandan sonra “Portsmut”, “Vest Hem” və “Partizan” (Serbiya) klublarında çalışan Qrant Afrikada daha əvvəl də işləyib. O, 2014-17-ci illərdə Qana millisinin baş məşqçisi olub. Qrant 2018-ci ildə qısa müddətdə “Nort İst Yunayted”i (Hindistan) çalışdırandan sonra işsiz idi.