Argentina - Xorvatiya matçının hakimləri bəlli oldu

11.12.2022 23:10 353
DÇ 2026
2 gündən sonra DÇ-2022-də yarımfinal mərhələsinə start veriləcək.

Football-plus.az xəbər verir ki, raundun ilk qarşılaşmasında Argentina Xorvatiya ilə üz-üzə gələcək. Həmin oyunun hakim təyinatları açıqlanıb. Görüşü Daniel Orsatonun başçılıq etdiyi İtaliya hakimlər briqadası idarə edəcək. Onun yardımçıları Çiro Karbone və Alessandro Callatini olacaq.

Qeyd edək ki, Argentina - Xorvatiya matçı dekabrın 13-də 23:00-da başlayacaq.