"Mingəçevir"də rəhbər dəyişikliyi baş verib.
"Football-plus.az" xəbər verir ki, klubun İdarə Heyətinin sədri Rövşən Əhmədov vəzifəsindən gedib. O, bütün səlahətlərini köməkçisi Ruslan Həmidova həvalə edib. Bu məlumatı saytımıza açıqlamasında Rövşən Əhmədovun özü təsdiqlədi:
"Bəli, öz istəyimlə vəzifəmdən ayrılmışam. Başa düşdüm ki, bu iş mənlik deyil. Hakim olanda futbolçuları idarə edə bilirdim. Sarı və ya qırmızı vərəqə ilə cəzalandırırdım. Amma idarəçilik mənlik deyil. Bu 5 ayda çox əziyyət çəkdim. Yenidən hakim-inspektorluq edəcəm. Klubun bütün hesabatlarını AFFA-ya təhvil vermişəm. Hansısa problem yoxdu. Olsaydı, indiyə kimi söz-söhbət çıxardı. "Mingəçevir"ə uğurlar arzu edirəm".
İLKİN SULTANLI