“Mayami Hit”in mərkəz oyunçusu Edris Adebayo komandanın zəif çıxışının səbəbini açıqlayıb.
Football-plus.az xəbər verir ki, 25 yaşlı basketbolçu zədəlilərin çox olmasının oyunlarına təsir etdiyini dilə gətirib:
“Cimmi Balter, Tayler Hirro, Kayl Lauri və mən “böyük dördlüyük”. Komandanın ən güvənilənləri meydandan kənardı. Bu dördlüdən birini itirdiyimiz zaman oyun səviyyəmiz nəzərə çarpacaq qədər zəifləyir. Lakin “böyük dördlük” meydanda olan zaman “Mayami Hit”ə qalib gəlmək o qədər də asan olmur”.