Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl-Səud yığmanın Argentina üzərində sensasiyalı qələbəsi (2:1) münasibətilə noyabrın 23-nü milli bayram elan edib.
Football-plus.az xəbər verir ki, bu barədə Səudiyyə xəbər agentliyinin rəsmi “tvitter” səhifəsi məlumat yayıb.
Çərşənbə bütün dövlət və özəl sektorlarda çalışanlar üçün istirahət günü elan olunub. Məktəb və universitetlər də birgünlük tətil edib. Bəzi mənbələr milli komandanın hər oyunçusunun 2,5 milyon avro mükafat qazandığını da xəbər verib.