• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ-2010 – Cənubi Afrika

DÇ

31-10-2022, 13:0

Vaxt: 11 iyun – 11 iyul

Oyunların keçirildiyi şəhərlər: Blumfonteyn, Durban, Keyptaun, Mbombela, Polokvane, Port Elizabet, Pretoriya, Ryustenburq, Yohannesburq
Oyunların keçirildiyi stadionların sayı: 10

İştirakçılar (6 konfederasiyadan 32 milli komanda): ABŞ, Almaniya, Argentina, Avstraliya, Braziliya, Cənubi Afrika, Çili, Danimarka, Əlcəzair, Fransa, Honduras, İngiltərə, İspaniya, İsveçrə, İtaliya, Kamerun, KXDR, Koreya, Kot d’İvuar, Qana, Meksika, Niderland, Nigeriya, Paraqvay, Portuqaliya, Serbiya, Slovakiya, Sloveniya, Uruqvay, Yaponiya, Yeni Zelandiya, Yunanıstan

Oyun sayı: 64
Qol sayı: 145 (orta hesabla 2,27)
Poker: 0
Het-trik: 1
Penalti: 15 (9-u dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 261 (17)
Avtoqol: 2
Tamaşaçı sayı: 3178856 (orta hesabla 49670)
1-ci yer: İspaniya
2-ci yer: Niderland
3-cü yer: Almaniya
4-cü yer: Uruqvay
Bombardirlər: Dieqo Forlan (Uruqvay), Tomas Müller (Almaniya), Uesli Sneyder (Niderland), David Vilya (İspaniya) – 5
Turnirin rəmzi yığması
Qapıçı – İker Kasilyas (İspaniya); müdafiəçilər – Serxio Ramos, Karles Puyol (hər ikisi İspaniya), Filipp Lam (Almaniya), Covanni van Bronkhorst (Niderland); yarımmüdafiəçilər – Bastian Şvaynştayger, Tomas Müller (hər ikisi Almaniya), Andres İnyesta (İspaniya), Uesli Sneyder (Niderland); hücumçular – David Vilya (İspaniya), Dieqo Forlan (Uruqvay).

A qrupu: Cənubi Afrika – Meksika 1:1, Uruqvay – Fransa 0:0, Cənubi Afrika – Uruqvay 0:3, Fransa – Meksika 0:2, Meksika – Uruqvay 0:1, Fransa – Cənubi Afrika 1:2.
1. Uruqvay 3 2 1 0 4-0 7
2. Meksika 3 1 1 1 3-2 4
3. Cənubi Afrika 3 1 1 1 3-5 4
4. Fransa 3 0 1 2 1-4 1
B qrupu: Koreya – Yunanıstan 2:0, Argentina – Nigeriya 1:0, Argentina – Koreya 4:1, Yunanıstan – Nigeriya 2:1, Nigeriya – Koreya 2:2, Yunanıstan – Argentina 0:2.
1. Argentina 3 3 0 0 7-1 9
2. Koreya 3 1 1 1 5-6 4
3. Yunanıstan 3 1 0 2 2-5 3
4. Nigeriya 3 0 1 2 2-5 1
C qrupu: İngiltərə - ABŞ 1:1, Əlcəzair – Sloveniya 0:1, Sloveniya – ABŞ 2:2, İngiltərə - Əlcəzair 0:0, Sloveniya – İngiltərə 0:1, ABŞ – Əlcəzair 1:0.
1. ABŞ 3 1 2 0 4-3 5
2. İngiltərə 3 1 2 0 2-1 5
3. Sloveniya 3 1 1 1 3-3 4
4. Əlcəzair 3 0 1 2 0-2 1
D qrupu: Serbiya – Qana 0:1, Almaniya – Avstraliya 4:0, Almaniya – Serbiya 0:1, Qana – Avstraliya 1:1, Avstraliya – Serbiya 2:1, Qana – Almaniya 0:1.
1. Almaniya 3 2 0 1 5-1 6
2. Qana 3 1 1 1 2-2 4
3. Avstraliya 3 1 1 1 3-6 4
4. Serbiya 3 1 0 2 2-3 3
E qrupu: Niderland – Danimarka 2:0, Yaponiya – Kamerun 1:0, Niderland – Yaponiya 1:0, Kamerun – Danimarka 1:2, Danimarka – Yaponiya 1:3, Kamerun – Niderland 1:2.
1. Niderland 3 3 0 0 5-1 9
2. Yaponiya 3 2 0 1 4-2 6
3. Danimarka 3 1 0 2 3-6 3
4. Kamerun 3 0 0 3 2-5 0
F qrupu: İtaliya – Paraqvay 1:1, Yeni Zelandiya – Slovakiya 1:1, Slovakiya – Paraqvay 0:2, İtaliya – Yeni Zelandiya 1:1, Slovakiya – İtaliya 3:2, Paraqvay – Yeni Zelandiya 0:0.
1. Paraqvay 3 1 2 0 3-1 5
2. Slovakiya 3 1 1 1 4-5 4
3. Yeni Zelandiya 3 0 3 0 2-2 3
4. İtaliya 3 0 2 1 4-5 2
G qrupu: Kot d’İvuar – Portuqaliya 0:0, Braziliya – KXDR 2:1, Braziliya – Kot d’İvuar 3:1, Portuqaliya – KXDR 7:0, Portuqaliya – Braziliya 0:0, KXDR – Kot d’İvuar 0:3.
1. Braziliya 3 2 1 0 5-2 7
2. Portuqaliya 3 1 2 0 7-0 5
3. Kot d’İvuar 3 1 1 1 4-3 4
4. KXDR 3 0 0 3 1-12 0
H qrupu: Honduras – Çili 0:1, İspaniya – İsveçrə 0:1, Çili – İsveçrə 1:0, İspaniya – Honduras 2:0, Çili – İspaniya 1:2, İsveçrə - Honduras 0:0.
1. İspaniya 3 2 0 1 4-2 6
2. Çili 3 2 0 1 3-2 6
3. İsveçrə 3 1 1 1 1-1 4
4. Honduras 3 0 1 2 0-3 1

1/8 final
Uruqvay – Koreya 2:1
L.Suares, 8; 80 – Li Çxon Yön, 68.
ABŞ – Qana 1:2, əlavə vaxtda
Donovan, 62-p. – K.Boatenq, 5. Qyan, 93.
Almaniya – İngiltərə 4:1
Kloze, 20. Podolski, 32. T.Müller, 67; 70 – Apson, 37.
Argentina – Meksika 3:1
Teves, 26; 52. İquayn, 33 – X.Ernandes, 71.
Niderland – Slovakiya 2:1
Robben, 15. Sneyder, 84 – Vittek, 90+4-p.
Braziliya – Çili 3:0
Juan, 34. Fabiano, 38. Robinyo, 59.
Paraqvay – Yaponiya 0:0, p. – 5:3
İspaniya – Portuqaliya 1:0
Vilya, 63.
1/4 final
Niderland – Braziliya 2:1
Sneyder, 53; 68 – Robinyo, 10.
Uruqvay – Qana 1:1, p. – 4:2
Forlan, 55 – Muntari, 45+2.
Argentina – Almaniya 0:4
T.Müller, 3. Kloze, 68; 89. Fridrix, 74.
Paraqvay – İspaniya 0:1
Vilya, 83.
yarımfinal
Uruqvay – Niderland 2:3
Forlan, 41. M.Pereyra, 90+2 – Van Bronkhorst, 18. Sneyder, 70. Robben, 73.
Almaniya – İspaniya 0:1
Puyol, 73.
3-cü yer uğrunda oyun
Uruqvay – Almaniya 2:3
Kavani, 28. Forlan, 51 – T.Müller, 19. Yansen, 56. Xedira, 82.
final
Niderland – İspaniya 0:1, ə.v. (0:0, 0:0, 0:1)
Niderland: Stekelenburq, Van der Vil, Heytinqa, Mateysen, Van Bronkhorst (Brafheyd, 105), Van Bommel, De Yonq (Van der Vaart, 99), Robben, Sneyder, Kuyt (Elia, 71), Van Persi.
İspaniya: Kasilyas, Ramos, Pike, Puyol, Kapdevila, Buskets, Alonso (Fabreqas, 87), Xavi, İnyesta, Pedro (X.Navas, 60), Vilya (F.Torres, 106).
Qol: İnyesta, 116.
Vərəqələr: Van Persi, 15. Puyol, 16. Van Bommel, 22. Ramos, 23. De Yonq, 28. Van Bronkhorst, 54. Heytinqa, 57. Kapdevila, 67. Robben, 84. Van der Vil, 111. Mateysen, 117. İnyesta, 118. Xavi, 120+1 – sarı. Heytinqa, 109 – qırmızı (ikinci sarı).
Hakim: Hovard Uebb (İngiltərə).
11 iyul. Yohannesburq. “Sokker Siti” stadionu. 84490 tamaşaçı.

DÇ həyəcanı: 1-dən 22-yə qədər
19-cu mundial FİFA-nın rotasiya prinsipinə görə Afrikada keçirildi. Turniri təşkil etmək hüququ aparteidə (XX əsrdə Cənubi Afrikanın hakim dairələrinin ağdərili olmayan əhaliyə qarşı həyata keçirdiyi milli diskriminasiya və seqreqasiya siyasəti) qalib gələn və infrastruktur baxımından qitənin birincisi olan ölkəyə verildi. Mötəbər yarış məhsuldarlığın aşağı olmasından (yalnız DÇ-90-da hər oyunda orta hesabla daha az qol vuruldu) çox komandalara, şərhçilərə və azarkeşlərə mane olan vuvuzelalarla yadda qaldı. Hətta tamaşaçıların çoxsaylı etirazlarından sonra Fransa və Almaniya telekanalları bu musiqi alətinin səsinin efirə verilməməsi üçün xüsusi sistemdən istifadə etdi.
Çempionlar sırasında yeni ad: İspaniya!
Qrup mərhələsində təkcə Argentinayla Niderland maksimum nəticə göstərdi. Ən böyük sensasiya son mundialın finalçıları İtaliya ilə Fransanın pley-offa adlaya bilməməsi oldu. Lippinin heyəti yeniləməyib köhnə qvardiyaya güvənməsi fiaskoyla nəticələndi. Gələcək çempion İspaniya ilk turda uduzsa da, qrupu lider bitirdi.
1/8 finalda Almaniya – İngiltərə oyununda hakim Xorxe Larrionda hesab 2:1 olarkən Lempardın təmiz qolunu qeydə almadı. Qana əlavə vaxtda ABŞ-ni üstələməklə Kamerunla (1990) Seneqalın (2002) uğurunu təkrarladı. 1/4 finalda Maradonanın komandası “alman maşını” qarşısında aciz qaldı. Uruqvay – Qana matçının əlavə vaxtının son dəqiqəsində topu qapı xəttindən əllə uzaqlaşdıran Luis Suares qırmızı vərəqə gördü, afrikalılar isə penalti vurmaq imkanı qazandı. Ancaq Asamoa Qyan bu şansdan yararlana bilmədi. “Lotereya”da isə Musleranın inamlı oyunu “seleste”ni yarımfinala çıxardı. Yarımfinalda Niderlandla İspaniya minimal hesabla qalib gəldi.
Həlledici matçda azarkeşlər hər iki komandanın ifasında kobud oyuna şahidlik etdi. Mundialların finalları üçün rekord sayda – 14 sarı vərəqə göstərildi. Naycel de Yonqun Xabi Alonsoya qarşı kunq-fu zərbəsi hələ də yaddaşlardadı. Əsas vaxtda ən real qol şansı Robbendə oldu ki, Kasilyas komandasını xilas etdi. Əlavə yarım saatda referi Hovard Uebb Heytinqanı meydandan qovdu. 7 dəqiqə sonra isə İnyestanın dəqiq zərbəsi İspaniyaya dünya çempionu titulunu qazandırdı.

Bilirsizmi?
Horoskopa inandığına görə 2006-cı ildə Rober Pires də daxil olmaqla əqrəb bürcündən olan heç bir futbolçunu mundiala aparmayan Raymon Domenek yenidən diqqət mərkəzinə düşdü. Ancaq DÇ-2006-da Fransa millisini Zinəddin Zidan kimi arxasınca aparan lider tapıldısa, bu dəfə “üçrənglilər” biabır oldu.
Domenek qrup mərhələsinin 2-ci turu çərçivəsində Meksikaya ilə matçın fasiləsində Anelkaya ikinci hissədə də bu cür oynayacağı təqdirdə əvəzlənəcəyini bildirdi. Hücumçu bu sözlərdən sonra bütün komandanın yanında məşqçini təhqir etdi. Çalışdırıcı elə fasilədəcə onu Jinyakla dəyişdi, Fransa isə ikinci yarıda qapısında 2 top gördü və uduzdu – 0:2. Anelkanın Domenekdən üzr istəməyəcəyini bildirməsindən sonra Fransa Futbol Federasiyası futbolçunu komandadan kənarlaşdırdı. Heyətdə yer alan digər 22 oyunçunun hamısı bu münaqişədə hücumçunu dəstəklədi və məşqə çıxmaqdan imtina etdi. Ardınca başverənləri federasiya, milli və bütün ölkə üçün rüsvayçılıq adlandıran komandanın nümayəndə heyətinin rəhbəri istefa verdi. Üstəlik kapitan Evranın fiziki hazırlıq üzrə məşqçiylə mübahisəsindən sonra sonuncu da yığmanı tərk etdi. 3-cü turda Cənubi Afrikaya uduzan “üçrənglilər” 1 xalla qrup axırıncısı oldu.
Mundialın ardından məşqçi karyerasını bitirən Domenekin (2020/21 mövsümündə biabırçı geridönüşünü saymasaq: “Nant”a 8 oyunda başçılıq edib bircə qələbə qazanmadan futboldan birdəfəlik ayrıldı) 2 il sonra memuarı işıq üzü gördü. Sabiq mütəxəssis olanları belə xatırladı: “Anelka DÇ-2010-da komandanı məhv etdi. O, sadəcə, həmin millini öldürdü. Matçdan sonra isə Qallas ilə birgə oturub gülürdülər. Vəziyyəti dəyişmək üçün artıq gücüm qalmamışdı. Riberi hər əhəmiyyətsiz şeydən inciyirdi. AÇ-2008-də yığmanın liderlərindən biri olan futbolçu mənə bu haqda xəbərdarlıq etmişdi, ancaq yenə də Franka güvəndim. Necə də axmaq idim... Nəsrini isə artıq 2 il əvvəl onunla problem yaşadığım üçün dəvət etmədim. İstənilən an kollektivdə ab-havanı korlaya biləcək futbolçudu. Bu isə onu milli üçün tam faydasız oyunçuya çevirir”.
Yeri gəlmişkən, “France Football” 2015-ci ildə DÇ-2010-da komanda daxilində başverənləri jurnalistlərə çatdıran şəxsin adını açıqladı. Sən demə, həmin vaxt mətbuata məlumat sızdıran Matye Valbuena imiş. Hələ turnirin gedişində ondan şübhələnən kapitan Evra “problem aramızdakı xaindədi, onu komandadan uzaqlaşdırmaq lazımdı” demişdi.

Maraqlıdı...
* İnyesta finalda vurduğu qolu mundialdan 1 il əvvəl ürəktutmadan dünyasını dəyişən “Espanyol”un müdafiəçisi Daniel Xarkeyə həsr etdi. Final fitindən sonra isə İspaniya millisi 2007-ci ildə ürək çatışmazlığından vəfat edən “Sevilya”nın futbolçusu Antonio Puertanın xatirəsini andı.
* KXDR-in Portuqaliya 0:7 hesabıyla uduzduğu oyun Asiya ölkəsində canlı yayınlandı. Qərb mətbuatının yazdığına görə, komanda vətənə qayından sonra baş məşqçi Kim Cjon Xun 6 saat ərzində dindirildi, ardından isə məcburi əməyə cəlb olundu.
* İspaniya və Niderland yığmalarının DÇ-lərdə ilk oyunu məhz finala təsadüf etdi.

Faktlar
* Mundial ilk dəfə Afrika qitəsində keçirildi.
* Mükafatlar 7-ci dəfə (1934, 1954, 1966, 1974, 1982, 2006) Avropa komandalarına qismət oldu.
* İspaniya Avropadan kənarda dünya çempionu tituluna sahib çıxan ilk “köhnə qitə” təmsilçisi kimi tarixə düşdü. “Qırmızı qəzəb” ümumilikdə turnirdə qalib gələn 8-ci, finala vəsiqə qazanan 12-ci yığma oldu.
* İspaniya pley-off mərhələsində qol buraxmayan yeganə dünya çempionudu.
* İspaniya məhsuldarlıq planında ən zəif göstəriciylə (8 qol) mundialın qalibi adına sahib çıxan komanda oldu.
* İlk dəfə meydan sahibi mübarizəni birinci mərhələdə dayandırdı.
* İlk dəfə Argentina, İtaliya, Braziliya və Almaniyadan heç biri finalda mübarizə aparmadı.
* İtaliya tarixində ikinci dəfə çempion statusunda pley-offa adlaya bilməməklə antirekorda imza atdı. “Skuadra adzurra” daha əvvəl DÇ-50-də bu uğursuzluğu yaşamışdı.
* Karlos Alberto Parreyra mundiallarda 5 fərqli yığmanı çalışdıran ikinci məşqçi kimi tarixə düşdü. DÇ-2010-da Cənubi Afrikanın baş məşqçisi olan braziliyalı mütəxəsssis əvvəlki turnirlərdə Küveyt (1982), BƏƏ (1990), Braziliya (1994, 2006) və Səudiyyə Ərəbistanı (1998) komandalarında işləmişdi. Ona qədər yalnız yuqoslav Bora Milutinoviç (Meksika – 1986, Kosta Rika – 1990, ABŞ – 1994, Nigeriya – 1998, Çin – 2002) bu uğuna nail olmuşdu.
* Deyan Stankoviç mundiallarda 3 fərqli yığmanın (Yuqoslaviya – 1998, Serbiya və Monteneqro – 2006, Serbiya - 2010) heyətində çıxış edən yeganə futbolçudu.
* İker Kasilyas Fabyen Bartez (1998) və Canluici Buffondan (2006) sonra final mərhələsində cəmi 2 qol buraxmaqla çempion olan 3-cü qapıçı kimi tarixə düşdü.

Çempion məşqçi
Visente Del Boske – ispaniyalı 59 yaş 6 ay 18 günlüyündə mundialda qalib gələn ən yaşlı çalışdırıcıdı. Ümumən DÇ-2010-da komandasının çıxışından çox razı qalan mütəxəssis yalnız Raulu turnirə aparmamaqla mümkün səhvə yol verdiyini etiraf etdi. İspaniya millisinin 2 il sonra qitə birinciliyində zəfərinin ardından Del Boske daha bir möhtəşəm uğura imza atdı: o, Helmut Şöndən (AÇ-72, DÇ-74) sonra hər iki nəhəng turnirin qalibi olmağı bacaran ikinci məşqçi kimi tarixə düşdü.
DÇ-nin ulduzu
Dieqo Forlan – həmin vaxt əla formada olan hücumçu Uruqvay millisinin 40 il sonra DÇ-də yarımfinala qədər irəliləməsi üçün əlindən gələni etdi. Forvardın “seleste”nin turnirdə vurduğu 11 qoldan 5-nin müəllifi olduğunu demək kifayətdi. Buna baxmayaraq, Forlan mundialın “Qızıl top” mübarizəsində heç də aşkar qələbə qazanmadı. 23,4 faiz səs toplayan Dieqo ən yaxın izləyicisi Sneyderi cəmi 1,6 faiz qabaqladı.

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu / Manşet

1-04-2022, 21:0

DÇ-2022-nin püşkü atıldı

Dünya futbolu

30-03-2022, 14:0

27 millinin adı bəlli oldu

DÇ

23-10-2022, 15:0

DÇ həyəcanı: 1-dən 22-yə qədər

DÇ

16-10-2022, 20:0

DÇ həyəcanı: 1-dən 22-yə qədər

Dünya futbolu

30-03-2022, 23:0

Cənubi Amerika zonasının rəmzi komandası açıqlandı

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 405
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 179
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə