"Biz geri dönmək üçün kifayət qədər güclüyük" - "Nant"ın baş məşqçisi

24.10.2022 13:10 354
Dünya futbolu
"Nant"ın baş məşqçisi Antuan Kombuare Aropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis, ölkə çempionatının 12-ci turunda "Nitsa" ilə səfərdə 1:1 hesablı bərabərlikdən sonra keçirilən mətbuat konfransında bu barədə belə deyib:

"Qarabağ"la görüş vacibdi. Amma yerli çempionat da bizim üçün daha əhəmiyyətlidi. Azərbaycan təmsilçisi ilə evdə vacib oyunumuz var. Ancaq bizim üçün daha vacib olan Fransa çempionatıdı. Gələn bazar günü "Klermont"a qarşı vacib oyuna çıxacağıq. Lazım olan resursları tapacağıq. Narahat olmayın, biz geri dönmək üçün kifayət qədər güclüyük".