"Real"da yeni müqavilə

14.10.2022 20:30 293
Dünya futbolu
"Real" yeni sponsorluq müqaviləsi imzalayıb.

Football-plus.az xəbər verir ki, "kral klubu" "Emirates Airlanes" ilə sponsorluq sözləşməsini yenilədiyini elan edib. Tərəflər daha 4 mövsüm - 2026-cı ilə qədər əməkdaşlığı davam etdirəcək.

Mətbuatda yayılan xəbərlərə görə, müqavilənin ümumi dəyəri 200 milyon avrodu. Yəni hər il əməkdaşlıq 50 milyon avro gəlir gətirəcək.