• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Miloş Velebitin Musa Qurbanlı kimi forvarda ehtiyacı var

Yığma / Manşet

2-10-2022, 22:0

U-19 yığmamız Bolqarıstanın Albena şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində biabırçı çıxışla yadda qaldı.

Təmsilçimiz meydan sahibləri, Türkiyə və Lüksemburqa məğlub oldu. Miloş Velebetin komandası 3 görüşdə cəmi 1 qol vurdu. Görünən odu ki, futbolumuzun gələcəyi sual altındadı. Bəs baş məşqçi bu haqda nə düşünür? Yığma nə üçün seçmə mərhələnin hər üç oyununda məğlub oldu? Suallar çoxdu. Cavabları isə serbiyalı mütəxəssis bilir.

- U-19-un Avropa çempionatının təsnifat mərhələsinin hər üç görüşündə uduzmasının səbəbi nədi?
- Əvvəlcə onu qeyd edim ki, nəticələrə görə həqiqətən də üzgünəm. Hər üç oyunda məğlub olmağımızın çoxlu səbəbləri var. Bütün görüşlərdə qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etdik. Lakin yetərli olmadı. Nəticələrin belə olmasının səbəbini bilmək üçün 6 ay öncəyə getmək lazımdı. U-19 yığılarkən biz bir çox oyunçumuzu itirdik. Yanvarda, apreldə 5 futbolçum hərbi xidmətə yollandı. Onları əsgərlikdən götürə bilmədik. Çünki MOİK və ya başqa klublar onlara sahib çıxmadı. Bu səbəbdən də bizə qoşula bilmədilər. Bu da milli üçün böyük itkidi. Sənin 1-2 səviyyəli oyunçun varsa, onlar da belə şeylər üzündən yığmaya gələ bilmirsə, bu problemdi. Biz hazırda 5 futbolçudan danışırıq. Təbii ki, onlar dəvət olunan 20 nəfərlik siyahıda yer alacaqdı. Buna baxmayaraq, nəsə etməyə çalışdıq. Lakin qələbə qazanmaq üçün yetərli olmadı. Daha 2 futbolçum Rusiyadan gələ bilmədi. Halbuki ötən 6 ay ərzində onların xidmətindən yararlanmışıq. Təlim-məşq toplanışlarında və yoxlama oyunlarında iştirak ediblər. Həmin futbolçular azərbaycanlıdılar, pasportları var. Lakin klubları buraxmadı. Baxmayaraq ki, rəsmi görüşlər idi. Başqa bir oyunçumuzun isə qolu qırılmışdı. Bu səbəbdən də yığmaya kömək edə bilmədi. Qeyd etdiyim futbolçuların hamısı 20 nəfərlik heyətdə yer alacaqdı. 8 keyfiyyətli futbolçunun təsnifat mərhələsində iştirak edə bilməməsi Azərbaycan üçün böyük itkidi. Bunların hamısı faktdı, uydurma deyil... İndi isə oyunlar haqda danışmaq olar. Ədalətli olmağa çalışacam, 3 görüşün ikisində çox yaxşı oynadıq. Lakin nəticə olmadı. Bolqarıstanla 90 dəqiqə başabaş mübarizə apardıq. Onlar qapıya düzgün zərbə belə vura bilmədilər. Lüksemburqla görüş də həmçinin. Qapıçımız bu oyunlarda seyvlə yadda qalmadı. Hər 2 matçda penaltidən vurulan qollarla məğlub olduq. Biz isə əlimizə düşən fürsətləri sağa-sola xərclədik. Bu səbəbdən də hər iki oyunda uduzduq. Türkiyə ilə qarşılaşmada isə özümüzü yaxşı tərəfdən göstərə bilmədik. İlk 40 dəqiqədə heç cür oyuna köklənə bilmədik. Məğlubiyyətlərin ikisi bir futbolçu ilə bağlıdı. O, Bolqarıstanla görüşdə lazımsız yerə qaydanı pozdu və qapımıza penalti təyin olundu. Türkiyə ilə matçda isə qayda pozuntusuna ehtiyac olmadığı halda rəqibi vurdu və qırmızı vərəqə aldı. Yenə deyirəm, sözsüz, ikinci oyuna pis başladıq. Lakin sonradan rəqibə qarşı basqı tətbiq etdik. İlk hissədə hesab arasındakı fərqi azaltmışdıq. Lakin Qurban Səfərov lazım olmayan məqamda rəqibi vurduğu üçün meydandan qovuldu. Onun potensialı var, çox istedadlı uşaqdı. Lakin bizi pis vəziyyətdə qoydu. Ümid edirəm ki, gələcəkdə çox şeylər öyrənəcək. Başa düşməlidi ki, millidə belə hərəkətlər qəbul olunmur… İstənilən halda bütün məsuliyyəti öz üzərimə götürürəm. Çünki bu komandanın baş məşqçisi mənəm. Bu heyəti mən formalaşdırmışam. Qurbanı yığmaya dəvət etmişəm. Bütün bunları nəzərə alanda məğlubiyyətlərin məsuliyyəti mənim boynuma yazılmalıdı. Nəticələrə baxıb, heç kim necə oynadığımızdan danışmayacaq. Bizim qrupdakı rəqiblər yaxşı idi. Sadəcə, növbəti mərhələni şanssızlıq üzündən əldən verdik. Qurupu xalsız başa vurmağımız bərbad nəticədi. Lakin uşaqlar fürsətləri dəyərləndirə bilsəydi, nə olardı? Hamı nəticəyə baxıb, pis oynadığımızı söyləyə bilər. Lakin düşünürəm ki, bu mərhələni keçə bilərdik. Sadəcə, başverənlər bunu etməyimizə mane oldu.

- 3 oyunda cəmi 1 qol vurmuşuq ki, o da penaltidən. Bunun səbəbi nədi? Niyə qol vura bilmirik?
- Bizim hücumçu problemimiz var. Adlar üzərində danışmaq istəmirəm. Lakin oyunçular şanslardan yararlana bilmirlər. Bizdə epizodu doğru dəyərləndirə bilən hücumçu çatışmazlığı var. Bir şansa bir qol vura bilən futbolçu yoxdu.

- Musa Qurbanlı kimi?
- Bəli, onun kimi forvarda ehtiyac var. Söhbət təkcə Musadan getmir. Yaratdığımız şansları dəyərləndirən oyunçu lazımdı. Bolqarıstanla görüşdə 5 yüzfaizlik imkanımız olsa da, yararlana bilmədik. Yaxşı, qəbul edirəm, Türkiyə ilə oyunda daha az imkan yaratdıq. Amma orda da 3-4 şansımız var idi. Bunlardan istifadə etmək lazımdı. Nəticə əldə etmək istəyiriksə, şanslardan yararlanmaq lazımdı.

- Bu problemin həlli nədi?
- Bilmirəm. Səmimi söyləyirəm, yeni hücumçular doğulmalıdı. Oyunçular çoxlu məşq etməli, təcrübə qazanmalıdılar. Bunların hamısını edirik. Onlar üçün xüsusi hazırlıqlar olur. Lakin hücumçular şanslardan yararlana bilmir.

- Bütün futbol ictimaiyyəti U-19-un nəticəsindən narazıdı. AFFA rəhbərliyi necə, bununla bağlı sizinlə söhbət edib?
- Baş katib Sərxan Hacıyevlə görüşümüz olacaq. Bütün AFFA mənim komandamın başına gələnlərdən xəbərdardı. Hamıya bəllidi ki, mənim yox, yığmanın 5 futbolçusunun əsgərlik problemi var, ikisi Rusiyadan gələ bilməyib. Yenə deyirəm, bunlar haqda danışmaq istəmirəm. Çünki oyunçuları mən seçmişəm. Lakin əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Oyunçulara hər şeyi izah etmişəm, onlara hörmətlə davranmışam. Son 6 ay ərzində nə qədər futbolçu itirmişik? Yanvarda, apreldə, hətta sentyabrın əvvəllərində istədiyimiz oyunçuları əldən verdik. Seçim etdiyimiz o futbolçular arasından ən yaxşıları bir yerə toplamışıq. Baxın, Bolqarıstanla ilk oyundan sonra hamı müasir futbol sərgilədiyimiz haqda danışırdı. Bu faktdı! Yaxşı və əzmkar komanda formalaşdırdığımızı deyirdilər. Türkiyə ilə oyundan sonra da bizi təbrik edirdilər. Lüksemburqla matçda rəqib qapımıza 1 zərbə vurmadı. Oyunumuzun qarşılığı bu nəticələr olmamalıydı. Lakin mən nəticəyə görə məsuliyyət daşıyıram. Buna görə də cavab verməyə hazıram.

- Nə üçün indiki məqamda belə problem yaşadız? Niyə futbolçularınızın əsgərlik problemi yaşandı? Bunların hamısının məntiqli açıqlaması var?
- Düşünürəm ki, birinci dəfə belə şey olur. Əvvəllər də oyunçuların əsgərlik problemi olub. Lakin AFFA məktub yazaraq onları klublarına qaytarırmış. İndi isə belə olmadı. Bu mənə veriləcək sual deyil. Rusiyadan gələ bilməyən futbolçular da həmçinin. Başa düşmədim ki, nə oldu. Bəlkə də Azərbaycan futbolu tarixində ilk dəfə idi ki, yığmanın bütün oyunçuları daxili yarışlarda iştirak edənlər idi. Ölkə xaricində olan heç bir futbolçunun xidmətindən yararlana bilmədik.

- Bir az Qurban Səfərov haqda danışaq. İşinizi davam etdirsəz, onu yenidən yığmaya çağıracaqsız?
- Yenə deyirəm, Qurban yaxşı futbolçudu, potensialı var. Əlinə düşən fürsətləri dəyərləndirə bilir. Rəqibin bir neçə müdafiəçisini özünə cəlb etmək qabiliyyəti var. Onun performans baxımından hansısa problemi yoxdu. Sadəcə, davranışından narahatam. Bu ilk dəfə deyil. Əvvəllər də belə şeylər olmuşdu. Onunla danışdım, amma bu fayda vermir. O, komandanın önündə söz verdi, lakin eyni hərəkəti yenə təkrarladı. İnanıram ki, dəyişəcək. Ancaq vacib qarşılaşmalarda komandası belə şeylərə görə əziyyət çəkəcək. Bunu dərk etməlidi. Arzu edirəm ki, dərs çıxarar. Amma onun üçün həqiqətən qorxuram.

- Düşünmürsüz ki, “Şamaxı”da çıxış etməyə başlayandan özünü ulduz kimi hiss edir?
- Xeyr, bununla bağlı deyil. “Şamaxı”da əsas heyətdə oynamayanda belə, bu cür davranışları var idi. Fikrimcə, onun şəxsi problemidi. Ümid edirəm ki, tezliklə düzələcək. Mənim işim təkcə nəticə vermək deyil, futbolçu yetişdirməli və öyrətməliyəm. Onların şəxsiyyət kimi formalaşmasına da kömək etməliyəm. Gələcəkdə yaxşı futbolçu olmasını təmin etməliyəm.

- Azərbaycan futbolunun gələcəyi haqda nə söyləyə bilərsiz? U-19 normal nəticə qazana bilmir, U-21 “Şamaxı”ya uduzur, Moldovanı uda bilmir. Nə olacaq bu işlərin axırı?
- Bu sual ancaq indiki dövrə aiddi. Gəlin, keçmişə baxaq. Bir ay öncə mənim komandam yaxşı oyun sərgiləyərək Belarusu məğlub edib. U-20 yığması İslam Həmrəyliyi Oyunlarında yaxşı nəticə əldə edib. Bunlar gələcəyin yaxşı olacağından xəbər verir. Son oyunlardakı uğursuzluqlara görə gələcəyin pis olacağını söyləmək düzgün deyil. Mən burda 2000-dən 2007-ci ilə qədər doğulan uşaqlarla birgə işləyirəm. Onları Elit məşqə cəlb etmişəm. Bu uşaqlar arasından seçilən ən yaxşılar Azərbaycan futbolunun gələcəyini müəyyənləşdirəcək. Sistemli şəkildə çalışmalıyıq. Onların daha da güclənməsi üçün əlimizdən gələn hər şeyi etməliyik. Bundan sonra gənc futbolçuları U-21 və ya əsas milli komandaya qazandırmalıyıq.

- Sizin Azərbaycandakı gələcəyiniz haqda nə söyləmək olar?
- 3 ilyarımdı burdayam. Fəaliyyətimin ilk illəri pandemiyaya təsadüf etdi. Çalışdıq ki, Elit məşqdə faydalı olaq. Daha sonra indiki nəslin inkişafı üçün əlimizdən gələni etməyə başladıq. Düzdü, problemlərlə üzləşdik. Düşünürəm ki, Elit məşq proqramı davam etməlidi. Ölkədə potensiallı uşaqlar var, onları üzə çıxarmalıyıq. Mənimlə yola davam edilib-edilməyəcəyinə isə AFFA qərar verəcək. Dekabrda müqaviləmin müddəti bitəcək.

İLKİN SULTANLI

Oxunub: 319
Paylaş:
Digər xəbərlər

Yığma

27-09-2022, 20:0

Millimiz seçmə mərhələni xalsız başa vurdu

Yığma

24-09-2022, 16:0

Türklər yığmamızı darmadağın etdi

İdman

6-06-2022, 11:0

Millimiz Avropa çempionatının final mərhələsində

Yığma

21-09-2022, 10:0

Millimiz Bolqarıstana qarşı - YENİLƏNİR

Yığma

11-09-2022, 20:0

Millimiz məğlub oldu

Yığma

14-06-2022, 21:0

Millimiz məğlub oldu - YENİLƏNİB

Aktual
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
İlin ilk ayında ən çox qol vurmuş futbolçular - SİYAHI
FIDE yeni reytinq siyahısını açıqlayıb
Son xəbərlər
  • Bu gün, 10:51
    "Qarabağ" Avropanın nəhəng klublarını qabaqladı
  • Bu gün, 10:34
    “Sponsorların olmaması bizi çox geri atır”
  • Bu gün, 10:04
    “Sampdoriya” iki türkiyəlini birdən transfer etdi
  • Dünən, 23:50
    Təmkin Xəlilzadə futbolu futzala dəyişdi - AÇIQLAMA
  • Dünən, 23:40
    "Səbail"in legionerinin zədəsinə aydınlıq gəldi - AÇIQLAMA
  • Dünən, 23:30
    U-21-in seçmə mərhələ oyunlarının təqvimi açıqlandı
  • Dünən, 23:10
    "Qəbələ"də yubiley
  • Dünən, 22:58
    55 yaşında Portuqaliyaya transfer olundu!
  • Dünən, 22:30
    ''Siti''nin skautları Arda Gülər ilə bağlı hansı qərara gəldi?
  • Dünən, 22:10
    ''Qalatasaray'' Türkiyə futbolunda yeni tarix yazdı
  • Dünən, 21:55
    “Bavariya” ilə ilk oyunu buraxa bilər
  • Dünən, 21:30
    İbrahimoviç sıraya nə vaxt dönəcək?
  • Dünən, 21:10
    MY-də rəqib tanımır
  • Dünən, 20:55
    2023-cü ildə ilk qələbə
  • Dünən, 20:30
    Müdafiəçi 600 xal həddinə çatdı
  • Dünən, 20:10
    Şöhrət Zalının nümayəndəsi dünyasını dəyişdi
  • Dünən, 19:55
    Mbappe "Bavariya"ya qarşı oynamayacaq
  • Dünən, 19:30
    Son çempion yeni mövsümə qələbə, vitse-çempion heç-heçə ilə başladı - REPORTAJ
  • Dünən, 19:21
    "Ayaks"da yeni baş məşqçi
  • Dünən, 18:51
    Amerika Kuboku-2024 ABŞ-da təşkil ediləcək
  • Dünən, 18:23
    “Palmeyras”ın ilk uğuru - REPORTAJ
  • Dünən, 17:59
    “Fənərbaxça” tarixi rekorda imza atdı
  • Dünən, 17:42
    “Fənərbaxça”nın transfer gündəmi
  • Dünən, 17:18
    “Qalatasaray”da transfer yenilikləri
  • Dünən, 16:53
    İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
  • Dünən, 16:31
    U-19 millimiz Antalyaya bu futbolçularla gedir
  • Dünən, 16:05
    Yığmamızın oyunlarının təqvimi
  • Dünən, 15:49
    “Zirə” “Neftçi”yə yaxınlaşmaq fürsətini qaçırdı – TURUN ŞƏRHİ
  • Dünən, 15:32
    Teymur Rəcəbov Ələkbər Məmmədovu ən yaxşı sayır - MÜSAHİBƏ
  • Dünən, 15:18
    Misli Premyer Liqasının 21-ci turu rəqəmlərin gözü ilə
  • Dünən, 14:55
    Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli oldu
  • Dünən, 14:38
    Polis Öməri saxladı
  • Dünən, 14:10
    Daniel Alveşin törətdiyi şok əməlin təfərrüatı - YAZI
  • Dünən, 13:54
    “Sabah”ın futbolçuları Premyer Liqada yubiley qeyd edib
  • Dünən, 13:39
    PSJ üzvü Liqa 1-də qol vuran ən gənc oyunçu oldu
Daha çox
Oxunub: 2 498
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 974
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 393
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 824
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 694
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Oxunub: 392
Bir yerdə böyüyən məşqçilər niyə mübahisə edib? - AÇIQLAMALAR
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə