“Vest Hem” rəhbərliyi Mark Nobl ilə bağlı qərar verib.
Football-plus.az xəbər verir ki, o, bir neçə aydan sonra klubda fəaliyyətə başlayacaq.
Bütün karyerasını “Vest Hem”də keçirən sabiq yarımmüdafiəçi yalnız 2006-cı ildə icarə əsasında “Hall Siti” və “İpsviç”də oynayıb. London klubunda 18 (2004-22) il ərzində 550 oyun keçirib, 62 qol vurub və 61 məhsuldar ötürmə edib. Bu yay komandanı və yaşıl meydanı tərk edən Nobl gələn il yanvarın 2-dən idman direktoru vəzifəsinin icrasına başlayacaq.