• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dembele “Barselona” ilə ÇL-i qazanmaq istəyir - MÜSAHİBƏ

Manşet / Müsahibə

27-09-2022, 12:0

Bu mövsüm “Barselona”da oyunu ilə diqqəti çəkən futbolçulardan biri də Usman Dembeledi.

25 yaşlı vinger 8 rəsmi oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib. Təsadüfi deyil ki, fransızların baş məşqçisi Didye Deşam onu birillik fasilədən sonra yığmaya dəvət edib. Dembele vətənində “RMC Sport” kanalına müsahibə verib.

- Təxminən birillik fasilədən sonra yığmaya qayıtmaq necə hissdi?
- Açığı, çox sevindim. Ötən mövsümün gedişində üzərimdə çox çalışırdım və DÇ-2022-nin seçmə mərhələ oyunlarına dəvət alacağıma inanırdım. Amma alınmadı və dəvət almadım. Buna baxmayaraq, həvəsdən düşmədim. Yığmada komanda yoldaşlarım mənimlə zarafatlaşaraq deyirlər ki, həmişə nəhəng turnirlər ərəfəsində daha yaxşı oynayaraq yığmaya çağrılırsan. Amma mən siyahıya düşmək üçün həqiqətən də çox çalışmışdım.

- Bir ara artıq hamı səni zədəyəmeyilli futbolçu kimi tanımağa başlamışdı. Yüksək səviyyəyə qayıtmağı necə bacardın?
- Əvvəllər gənc idim və hamı kimi mən də səhv edə bilirdim. Əylənmək üçün harasa gedirdim. Amma yanlış anlamayın. Bu cür əyləncələrin sayı o qədər də çox deyildi. Əvvəllər tez-tez budun arxa nahiyəsindən zədə alırdım. Bunun baş verməməsi üçün üzərimdə işləməliydim. Mənə tez-tez deyirdilər ki, çox hərəkətsiz qalmamalısan. Fiziki cəhətdən güclənməyi məsləhət görürdülər. Sonra Ronald Kumanın dönəmində birdən-birə hər şey dəyişdi. Xavinin gəlişi ilə isə hər şey daha da yaxşı oldu. Göz dəyməsin, o vaxtdan ciddi zədə almamışam. Özümü əla hiss edirəm və üzərimdə durmadan işləməkdə davam edəcəm. ''Barselona''da hər kəs mənə güvənir. Geri boylananda deyə bilərəm ki, faktiki karyeramın beş ilini boşuna sərf etmişəm. Amma indi insanlar artıq zədələrimdən yox, oyunum haqda danışır.

- Xavi sənə çox güvənir və bu, kənardan da hiss olunur. Bir futbolçu məşqçinin onun arxasında olduğunu hiss edəndə meydanda daha inamlı təsir bağışlayır. Elə deyilmi?
- Əlbəttə. Mənim üçün və istənilən top-səviyyəli futbolçu üçün sənə güvənən baş məşqçinin olması çox vacib məqamdı. Əvvəlki klublarımda da həmişə bu inamı hiss edirdim. ''Renn''də Rollan Kurbisin sayəsində istedadımı göstərə bildim. Eləcə də Dortmund ''Borussiya''sında Tomas Tuxel mənə güvənirdi. Məşqçi gərək oyunçuya inam aşılamağı bacarsın. Kurbis bir dəfə məni ''10 nömrə'' mövqeyində sınamaq qərarına gəldi. Ona qədər həmişə cinahlarda oynamışdım. Həmin andan etibarən faktiki oyun qurucusuna çevrildim. Ümumiyyətlə, Kurbisin karyeramda xüsusi yeri var. Dortmunddakı ilk vaxtlarımda elə də çox oynamırdım. Kurbis isə mənə Tuxellə danışmağı və ona daha çox oynamalı olduğumu deməyi məsləhət gördü.

- Mövqelərdən söz düşmüşkən, harda özünü daha rahat hiss edirsən? Çünki Fransa yığması tez-tez 2 hücumçulu sxemlə oynayır. Onların arxasında isə Qrizmann qərarlaşır. Sən hücumda oynaya bilərsən, yoxsa yerin ancaq cinahdı?
- Özümü daha çox sağ cinahda rahat hiss edirəm. Son dönəmlər ''Barselona''da məhz bu mövqedə çıxış edirəm. Əvvəllər dəfələrlə ''10 nömrə'' mövqeyində oynamışam. Hücumda, hücumçuların arxasında və ya cinahda oynamağın ciddi fərqi yoxdu. Məşqçiyə harda lazımamsa, orda da oynayaram. Əsas odu, meydanda olum.

- Yeri gəlmişkən, bir neçə gün öncə ata olmusan. Səni bu münasibətlə təbrik edirik. Karyeranda və həyatında nəsə dəyişibmi?
- Ciddi dəyişiklik hiss etmirəm. Bəlkə də nə baş verdiyini tam dərk etmirəm. Çünki bu, cəmi bir neçə gün öncə baş verib. Qızım olub. Bu hadisə mənə çox böyük sevinc yaşatdı. Atalıq məsuliyyətini, təbii ki, dərk edirəm. Əvvəlki ilə müqayisədə indi daha məsuliyyətli olmalıyam.

- Hiss olunur ki, yığmada yaxşı ab-hava var. Səncə, bu kollektiv böyük uğur qazanmağa qadirdi?
- Əlbəttə. Amma komanda şəklində güclü olmalıyıq. DÇ-2018-də bunun şahidi olmuşduq. O heyətdə olan oyunçuların səviyyəsi zatən məlum idi. Amma tək bunun hesabına dünya çempionu olmaq mümkün deyil. Komandada yaxşı ab-hava olmalı və hamı eyni hədəfə köklənməlidi.

- Federasiyadakı problemləri və çoxsaylı zədəli oyunçuların olduğunu nəzərə alsaq, səncə, dünya çempionu titulunu qoruya biləcəyikmi?
- İlk hədəfimiz məhz budu. Amma diqqətli olmalıyıq. Çünki güclü komandalar az deyil. Ümumiyyətlə, mənim üçün futbol artıq elə səviyyəyə çatıb ki, zəif və ya güclü rəqib yoxdu. İstənilən komanda ilə oyunda qalib gələ və ya məğlub ola bilərsən. Amma Qətərdə əlimizdən gələni edəcəyik.

- Mbappe ilə meydandan kənarda yaxşı dost olduğunuzu bilirik. Bəs meydanda səncə, anlaşma səviyyəniz yüksəkdi?
- İstərdim ki, birlikdə daha çox oynayaq. Bir-birimizi yaxşı anlayırıq. O mənim, mən də onun üstün keyfiyyətlərini bilirəm. Amma ümumi götürəndə onunla cəmi 4-5 oyunda birlikdə oynamışıq. DÇ-2018-dən öncə İtaliyaya qarşı bir oyunumuz olmuşdu. Orda Mbappe ilə əla anlaşmışdıq. Start heyətinə düşmək üçün əlimdən gələni edəcəm.

- Qarşına ''Qızıl top'' qazanmaq hədəfi qoymusan? Yoxsa, sənin üçün kollektiv uğurlar – dünya çempionluğü və ya ÇL-də qələbə daha önəmlidi?
- Xeyr, mənim üçün indi başlıca hədəf ''Barselona'' ilə ÇL-i qazanmaqdı. ''Barsa'' bu titulu özünə qaytarmalıdı. Çünki son qələbənin üstündən artıq 7 il ötüb! La Liqa çempionluğu və ÇL-də qələbə mənim üçün prioritet hədəflərdi.

- Belə çıxır, ''Barselona''da məhz bu hədəflərə çatmaq üçün qaldın?
- İlk növbədə Xavinin bu dərəcədə inamını hiss etdikdən sonra düşündüm ki, burda qalmaq ən ideal variantdı. Mənə çox güvənir. Paltardəyişmə otağında bu qədər gənc oyunçunun arasında özümü yaxşı hiss edirəm. Burda 6-cı mövsümümü keçirirəm və hər şey məni qane edir.

- Həmişə ''Barsa''da qalmaq istəyirdin?
- Xaviyə ilk gündən dediyim yalnız o olub ki, komandada qalmaq istəyirəm. Ayrılmaq haqda heç düşünmürdüm də. Dekabrda Xavi ilə görüşəndə ona dedim ki, yeni müqavilə imzalamağa hazıram. Sonra müxtəlif şayiələr və söhbətlər ortaya çıxdı. Amma bu klubda oynamaq həmişə mənim arzum olub və bu arzumu həyata keçirməkdə davam edirəm.

ƏLİ RAUFOĞLU hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-06-2022, 19:0

Dembele “haqq yoluna gəldi”

Dünya futbolu

19-06-2022, 21:0

Dembele “Barselona”nın azarkeşinə nə deyib?

Dünya futbolu

13-07-2022, 21:0

"Barselona" Dembele ilə razılaşdı

Dünya futbolu

11-05-2022, 17:0

Dembele Messini keçdi

Dünya futbolu

31-03-2022, 19:0

"Barselona" fransalını razı salmağa çalışır

Aktual
“...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
“Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
“Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
"Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
Son xəbərlər
  • Dünən, 23:53
    Belçika klubunun futbolçusu millimizdə
  • Dünən, 23:23
    "Şəfa" Elgiz Kərəmli ilə yollarını ayırdı - RƏSMİ
  • Dünən, 22:52
    "Mənə görə artıq hər şey bitib" - Qəzənfər Abbasov
  • Dünən, 22:23
    "Sumqayıt" iki legioneriylə vidalaşdı
  • Dünən, 21:52
    “...heç kim mənə göstəriş verə bilməz” - Rəşad Eyyubov Mezzoterodan danışdı
  • Dünən, 21:21
    Mikels "Sabah"ın təklifini qəbul etdi
  • Dünən, 20:50
    "Şamaxı"dan Tirkoveanu da getdi
  • Dünən, 20:19
    ''Qalatasaray'' ilə TFF arasında soyuq savaş davam edir
  • Dünən, 19:48
    Maldini ''Fənərbaxça'' haqda nələr dedi? - ''Bunu biz də ''Milan''da yaşamışdıq''
  • Dünən, 19:17
    "Gələn mövsüm daha iddialı çıxış edəcəyik" - "Şimal"ın məşqçisi
  • Dünən, 18:52
    "Şimal" 1-ci liqada qaldı
  • Dünən, 18:06
    2-ci liqa uğrunda pley-off görüşünün vaxtı
  • Dünən, 17:35
    “Ələ saldım, dedim tapançan var?” - Güləli Bağırov Nadir Qasımova ultimatum verib
  • Dünən, 17:04
    "Bu səyahət 100 il ərzində yaddaşımda qalacaq" - Marko Yankoviç
  • Dünən, 16:33
    “Ağdaş”ın lisenziya almasına icra başçısı yardım edib
  • Dünən, 16:02
    Rüfət "Neftçi"yə qayıtdı
  • Dünən, 15:31
    Region Liqasının qalibi və finalçısı 2-ci liqada - RƏSMİ
  • Dünən, 15:00
    "Turan Tovuz" Urtadoyla yenidən anlaşdı
  • Dünən, 14:29
    ''Fənər''in ən bahalı müdafiəçisi kluba geri dönür - ''Komo'' qərarını verdi
  • Dünən, 13:58
    AFFA onlayn seminar təşkil etdi
  • Dünən, 13:27
    Morata bu xəbəri təkzib etdi - ''Səni sevirəm ''Qalatasaray''
  • Dünən, 12:56
    “Erkin İbrahimovla Adil Şükürov komandanı məhv etdi” - “Xəmsə”nin rəhbəri
  • Dünən, 12:25
    Rəhman Hacıyev "Kəpəz"də qaldı
  • Dünən, 11:54
    Mourinyonun taleyi yenə seçkidən asılıdı - Peresin rəqibi onunla çalışmaq niyyətində deyil
  • Dünən, 11:23
    "Araz-Naxçıvan"ın fanklubu fəaliyyətini dayandırdı! - gözdən iraq olan...
  • Dünən, 10:31
    Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
  • Dünən, 10:00
    "Şamaxı" daha bir legionerini yola saldı
  • 26-05-2026, 23:0
    Premyer-liqada hamını arxada qoydu
  • 26-05-2026, 23:0
    Toral Bayramovdan növbəti yanlış seçim: ikinci Namik Ələskərov olacaq!
  • 26-05-2026, 23:0
    Parislilərə parad qadağası
  • 26-05-2026, 22:0
    Qitə çempionunda “Real”lı yoxdu!
  • 26-05-2026, 21:0
    Messinin zədəsi nə dərəcə ciddidi?
  • 26-05-2026, 21:0
    Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
  • 26-05-2026, 20:0
    Alleqri gözlənilən aqibəti yaşadı
  • 26-05-2026, 20:0
    ''Kalyari''yə lazım olmayan ''Beşiktaş''lı futbolçu karyerasını Avropada davam etdirmək istəyir
Daha çox
Oxunub: 278
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 234
Tarix ikinci dəfə təkərrür edir... - Samir Abasov yenidən "Sumqayıt"da!
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 191
Mikelsin “Sabah”dan qaçması dastanı: 2-ci boy
Oxunub: 178
"Sea Breeze Arena"da kim oynayacaq? - Sərdar Salmanzadə “Şəfa” ilə bağlı iddialara cavab verdi
Oxunub: 175
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə