"İstərdik ki, bizə də hörmət etsinlər" - Qazaxıstanın futbolçusu

24.09.2022 19:06 272
---
"Azərbaycan millisini güclü komanda kimi tanıyırıq. Bilirik ki, ölkənizdə "Qarabağ" kimi güclü klublar var. İstərdik ki, bizə də hörmət etsinlər. Sabah yüz faizlik nəticə əldə edəcəyik".

"Footbal-plus.az" xəbər verir ki, bu sözləri Qazaxıstan yığmasının futbolçusu Yan Voroqvski UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda Bakıda Azərbaycana qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib. Futbolçu daha sonra Slovakiya üzərində qazanılan qələbə münasibətilə millimizi təbrik etdi:

"Hansı taktiki ilə oynamışıqsa, yenə də eynisini tətbiq edəcəyik. Rəqib son 2 oyunda qələbə qazanıb. Slovakiyadakı nəticə bizim üçün sürpriz olmadı. Bu münasibətlə Azərbaycanı təbrik edirik".


Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20.00-da başlayacaq.