"Oyunun necə keçəcəyini görəcəyik" - Qazaxıstanın futbolçusu

24.09.2022 16:12 308
Yığma
Qazaxıstan millisinin futbolçusu İqor Şatski Millətlər Liqasında sentyabrın 25-də Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

"Footbal-plus.az" xəbər verir ki, 33 yaşlı qolkiper Bakıdakı oyunla bağlı bunları deyib:

"Futboldu. Hər şey ola bilər. Komandada atmosfer yaxşıdı. Sakit olacağıq və oyunun necə keçəcəyini görəcəyik".

Azərbaycan - Qazaxıstan oyunu saat 20.00-da başlayacaq.