"Dincəlməyə yox, ölkəmizin adı uğrunda mübarizə aparmağa gəlmişik" - AÇIQLAMA

20.09.2022 09:43 324
Dünya futbolu
Millətlər Liqasında sentyabrın 22-də Azərbaycanla qarşılaşacaq Slovakiya millisinin futbolçusu Milan Şkriniyar açıqlama verib.

Football-plus.az xəbər verir ki, təcrübəli müdafiəçi növbəti matçlarda yaxşı nəticə əldə etmək istədiklərini deyib:

"Klub işləri kənara qoyulmalıdı. Bura dincəlməyə yox, ölkəmizin adı uğrunda mübarizə aparmağa gəlmişik. Başa düşürük ki, son dönəmlərdə aldığımız nəticələr yaxşı deyil. Bunu dəyişmək və fanatları yenidən stadionlara qaytarmaq istəyirik".


Slovakiya - Azərbaycan oyunu saat 22.45-də start götürəcək.