"Zirvəyə çatmağa çalışan komanda yaratmaq istəyirik" - De Byazi

6.06.2022 10:05 556
Yığma
"Azərbaycanın İtaliyada yaxşı işlər görə biləcək maraqlı gəncləri var. Xüsusən də, yığmada artıq debüt edən bəzi uşaqlar haqqında bu fikirdəyəm. Amma mən onların adlarını deməyə cəhd etməyəcəyəm".

"Football-plus.az" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Torino.repubblica" nəşrinə müsahibəsində deyib.

66 yaşlı mütəxəssis Azərbaycan yığmasının hədəflərindən də söz açıb:

"Millətlər Liqasında zirvəyə çatmağa çalışan komanda yaratmaq istəyirik. Qrupumuzda Slovakiya hamını qabaqlayır. Digərləri ilə birlikdə ikinci yer uğrunda mübarizə aparırıq".

İtaliyalı baş məşqçi bu gün Serbiyada üz-üzə gələcəkləri Belarusla görüşə də toxunub:

"UEFA-nın sanksiyası səbəbindən səfər oyunumuzu Serbiyada, Novi-Sadda keçirəcəyik. 90 dəqiqə ərzində fikrimi yalnız matça cəmləməliyəm, başqa düşüncələrə yer olmayacaq".

Qeyd edək ki, bu gün “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.