"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyn Stiven Cerrardı arxada qoyub.
Belçikalı dünən premyer-liqanın 8-ci turunun "Vulverhempton"la oyununda (3:0) özünəməxsus nailiyyətə imza atıb. 31 yaşlı yarımmüdafiəçi komandasının 3 qolundan ikisində məhsuldar ötürmə ilə yadda qalıb.
O, premyer-liqada 92-ci məhsuldar ötürməsini edib. Belçika millisinin futbolçusu bu göstəricidə “Liverpul”un əfsanəsi Stiven Cerrarda çatıb. Lakin Kevinə bu saya çatmaq üçün 287, mersisaydlıların sabiq kapitanına isə 504 oyun lazım olub.
Cerrardı arxada qoydu
Dünya futbolu




