Kariusun yeni klubu müəyyənləşdi

12.09.2022 22:50 253
Dünya futbolu
Loris Kariusun yeni klubu müəyyənləşib.

29 yaşlı qolkiper İngiltərə premyer-liqasına qayıdıb.
Almaniyalı qapıçı "Nyukasl"a transfer olub.

Onunla yanvar ayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Sözləşmənin sonunda tərəflər müddəti daha 6 ay uzada bilərlər.