“Şamaxı”nın futbolçusu ilə bağlı Türkiyəyə müraciət olundu – AÇIQLAMA

6.09.2022 19:30 438
Premyer-liqa / Manşet
Premyer-liqanın 5-ci turu “Şamaxı” üçün uğursuz alındı.

Komanda evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzdu. Bununla yanaşı, əsas hücumçu Amil Yunanovu da itirdilər. Futbolçu 15-ci dəqiqədə zədələnərək oyuna davam edə bilmədi.

“Football-plus.az” saytı olaraq 29 yaşlı forvardın durumu ilə maraqlandıq. Amil Yunanov saytımıza bunları söylədi:

“Zədə aldığım gün şiddətli ağrılarım oldu. Ondan sonra bir qədər sakitləşsə də, hazırda rahat gəzə bilmirəm, ağrılar davam edir. MRT-yə getmişdim. Onun da cavabı bu gün çıxdı, Türkiyəyə göndərdilər. Çox güman, əməliyyat olunacam. Həkimlərin qərarını gözləyirik. Ola bilsin, müalicə ilə həll olunsun, amma hələ dəqiq bilmirik”.

ŞAİR ABDULLA