9 idmançı Bakıdakı yarışda mübarizəyə başlayır

3.09.2022 10:25 359
İdman
Bakıda karate üzrə Premyer Liqa turniri davam edir.

Football-plus.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin daha doqquz üzvü tatami üzərinə çıxacaq.

Kişilərin kata yarışında Roman Heydərov qüvvəsini sınayacaq. Kumitedə kişilərdən Pənah Abdullayev, Turqut Həsənov, Ayxan Mamayev (hamısı 84 kq), Asiman Qurbanlı, Murad Hacızadə (hər ikisi +84 kq) qadınlardan isə Ayla Rzazadə (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) uğur qazanmağa çalışacaq.

Qeyd edək ki, ilk gündə mübarizəyə qoşulan 8 təmsilçimizdən Əminağa Quliyev (60 kq) adını finala yazdırıb. 58 ölkədən 347 karateçi qatıldığı Premyer Liqanın Bakı mərhələsinə sentyabrın 4-də yekun vurulacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul