Slovakiya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, yerli federasiyanın yaydığı məlumatda komandanı bundan sonra Françesko Kaltsonanın çalışdıracağı bildirilib.
53 yaşlı mütəxəssis yeni iş yerində Pavel Hapalı əvəzləyib. Onunla birillik müqavilə bağlanıb. Slovakiya millisi AÇ-2024-ə vəsiqə qazanacağı halda italyan çalışdırıcı ilə sözləşmənin müddəti artırılacaq. Qeyd edək ki, Slovakiya yığmamızın Millətlər Liqasındakı rəqiblərindəndi. Bu komanda hazırda C liqasının 3-cü qrupunda 4 oyuna 6 xalla 2-ci yeri tutur. Slovakiya qrup mərhələsinin son oyunlarını sentyabrın 22-də yığmamıza, 25-də isə Belarusa qarşı keçirəcək.