"Football-plus.az" xəbər verir ki, Naxçıvana böyük futbol qayıtmışdı deyə, bayram ab-havası vardı. Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsiylə başa çatdı. Bununla bağlı komandanın baş məşqçisi Azər Bağırovun fikrini öyrəndik: "Naxçıvana böyük futbolun qayıdışı çox gözəl haldı. Azarkeşlərimiz bizi böyük coşquyla dəstəklədi. Qələbəni onlara, bütün Muxtar Respublikaya həsr edirik. Daim yanımızda olan azarkeşlərə təşəkkür edirəm. Ərzurum toplanışından sonra komandamız, demək olar, komplektləşib. "Qarabağ-2" ilə matçda istədiyim oyunu gördüm. Futbolçularımdan çox razıyam. Ağdamlıların əvəzediciləri üzərində qələbə "Araz Naxçıvan"ın bu vaxta kimi bütün oyunlarını da nəzərə alsaq, 880-ci matçı və 359-cu qələbəsi idi. Bundan sonrakı turlarda da eyni tonusu saxlamaq və qələbələri sıralamaq istəyirik".
Baş məşqçi heyətdəki legionerlər və dubl edən De Saboa İv Lüsyen barədə də danışdı:
"Heyətdə yer alan əcnəbi futbolçuları legioner saymırıq, artıq tam uyğunlaşmaq bir yana, həm də doğma ailə üzvlərimizə çevriliblər. Konkret hansısa futbolçunu fərqləndirmək istəməzdim, hamısı, o cümlədən ən gəncimiz Əbil Əbilov belə meydanda döyüşdü və qələbənin memarı oldu. Mübariz oyuna görə bütün futbolçularımı bağrıma basır, onları təbrik edirəm".
ABDULLA İSMAYILOĞLU





