• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Ayxan Abbasovun "Sumqayıt"da yaşadıqlarına bu gün bir alqış düşürdü" - Ayxan Abbasov

Premyer-liqa

26-08-2022, 20:0

Misli premyer-liqasında 4-cü turun oyunları keçirilir.

İlk oyun günündə "Sumqayıt" "Turan Tovuz" ilə qolsuz bərabərlik edib. Görüşdən sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Mütəxəssis fikirlərini bildirib və jurnalistlərin suallarını cavablandırıb:

"Bilirdik ki, çətin oyun olacaq. "Sumqayıt" xal qazanmaq, qol vurmaq istəyirdi. Biz də xal ehtiyatımızı artırmaq istəyirdik. Həqiqətən də belə oyunu gözləyirdik. Müsahibələrimdə də demişdim ki, bu, mübarizə oyunudu. Taktiki savaş ola bilər. Futbolçularımdan razıyam. Sonda rəqibin epizodu oldu. Amma biz bundan əvvəl 2-3 real qol şansı yaratmışdıq. Bəlkə də qol olsaydı, oyunu tam çevirə bilərdi. Yeni komandayıq. Hər xal bizim üçün vacibdi. Belə mübarizəli oyunlar xeyrimizə olacaq. Bu gün gənc futbolçular var ki, onlara güvənirik. Onları komandaya dəvət etməkdə məqsədimiz odu ki, gələcəkdə milli komandamıza namizəd olsunlar. O potensialları var. Bu gün də Şakir Seyidovun, Turan Vəlizadənin oyunu çox xoşuma gəldi. Digər oyunçular da var ki, onlara da şans verəcəyik. Ümumən səfərdə yaxşı nəticədi. Növbəti oyunlara baxacağıq".

- Dediz ki, bu oyunu gözləyirdik. Bunun arxasında həm də "Sumqayıt"dan layiq olmadığınız şəkildə göndərilməyiniz durur?
- Sumqayıta rəqib kimi gəlmək başqa hissdi. Düzünü deyim ki, buradan haqsız şəkildə göndərildim. Göndərmək olardı, amma göndərməyin təhəri var. Buradan layiq olmadığım kimi getdim. Bu gün "Sumqayıt" azarkeşlərindən şəxsən incidim. Çünki Ayxan Abbasova bir alqış düşürdü. Ola bilər ki, kimsə deyib ki, alqışlamayın. Ayxan Abbasovun "Sumqayıt"da yaşadıqlarına bu gün bir alqış düşürdü. Mən heç kimlə prinsip aparmıram. "Sumqayıt"ı çox sevirəm. Bəlkə də gələcəkdə yenə burada çalışacağam. Amma iki dəfə Avropa Liqasında oynayan baş məşqçini alqışlamaq olardı.

- "Sumqayıt"la "Turan Tovuz"un büdcəsi, şəraiti arasında fərq çoxdu. Əgər bu günkü "Sumqayıt"ın baş məqşçisi siz olsaydız, komandanı 4 turdan sonra harada görərdiz?
- Futbol o qədər çətin bir idman növüdü ki. Hər məşqçi istəyir ki, onun yaxı oyunçuları olsun. Amma yaxşı oyunçuların olması da o demək deyil ki, sən komandasan. Komanda təkcə baş məşqçi və futbolçulardan ibarət deyil. Biz elə yerdə idik ki, qərar verməliydik. "Sumqayıt" ya çox iddialı olmalı idi, ya klubu böyütmək lazım idi. Bu, olmadı. Bu gün "Turan Tovuz"a gələn futbolçulara şəxsən təşəkkür edirəm. Klubun büdcəsi bilinmədiyi halda onlar bizimlə işləmək istədilər. Bu gün bizim komanda mehriban ailədi. 9 il sonra komanda premyer-liqaya qayıdıb. Çox böyük problemlər var. Biz təməli düz qurmalıyıq ki, gələcəkdə akademiyamızdan gənc futbolçular çıxsın. "Sumqayıt"da işlədiyimiz vaxt şərait yaradılsaydı, bəlkə də hər şey fərqli olardı. Həmin dönəmdə oyunçulara ehtiyacımız var idi. Legioner transferinə icazə verməli idilər. Çünki elə dönəm idi ki, yerli futbolçuları saxlaya bilmirdik və onlara artıq pul verməli idik. Çox məsələlər var idi. Klub o yerə çatıb birdən düşdü. Bu gün görürük ki, çox böyük çətinliklər var. Problem legioner deyil. Başqa problemlər var. Onları axtarıb tapmaq lazımdı. Bu gün "Sumqayıt" haqda çox danışmaq istəmirəm. Sumqayıtı çox sevirəm. Bu şəhər çempionluğa layiqdi. Stadionu görüb çox sevindim. Biz burada olanda həmişə yeni stadionu təmirsiz görürdük. Ümid edirəm növbəti oyunu orada oynayarıq.

- Bu gün hiss olunurdu ki, Sumqayıta qələbə qazanmaq üçün gəlmisiz. Səfərdə qələbə üçün oynayırsızsa, "Sumqayıt"ı Tovuzda nə gözləyir?
- Tovuzda böyük ajiotaj var. Azarkeşlər çempionata rəng qatır. Həqiqətən də çox böyük dəstək var. Məşqlərimizi izləyirlər, küçəyə çıxanda ünsiyyətdə oluruq. Tovuzda oynamaq çətin olacaq. Digər tərəfdən məni narahat edən odur ki, bu gənc futbolçular o ajiotajda oynamağa tam uyğunlaşa bilmirlər. "Qəbələ" ilə oyunda hiss etdim ki, oyunçular "yandılar". Çox istədim ki, onları sakitləşdirəm. Bizə 2-3 tur lazımdı ki, futbolçular azarkeşlərin qarşısında rahat olsunlar. Çalışacağıq ki, Tovuzda hamıya dişimizi göstərək.

- Sizin istədiyiniz "Turan Tovuz"u formalaşdırmaq üçün neçə həftə lazımdı?
- Deyərdim ki, büdcəmizə görə bu gün istədiyimiz "Turan Tovuz" meydançadadı.

- Bu gün Rəhim Sadıxov, Cəmaləddin Xocaniyazov və Höccət Haqverdi "Sumqayıt"da yoxdu. Onlarsız komanda necə təsir bağışladı?
- Bu gün "Sumqayıt"da 9 legioner gördüm. Bu, yaxşı haldı. Həmin futbolçularla bağlı nəsə demək çətin olar.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

8-08-2022, 19:0

"Penalti futbolçulara psixoloji olaraq təsir etdi" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

13-08-2022, 22:0

"9 ildən sonra premyer-liqaya qayıtmaq, qələbə qazanmaq böyük sevincdi" - Ayxan Abbasov

Premyer-liqa

8-08-2022, 19:0

"Hər bir komanda burada oynamaqdan zövq alacaq" - Elmar Baxşıyev

Premyer-liqa

21-08-2022, 20:0

"Oyunboyu müdafiə olunduğumuzu demək doğru olmazdı" - Yaşar Vahabzadə

Aktual / Ölkə futbolu / Günün xəbəri

18-05-2022, 17:0

“Turan Tovuz”un yeni qapıçısı məlum oldu – ÖZƏL

Ölkə futbolu

20-05-2022, 20:0

“Hələ qocalmamışam, gələcəkdə də baş məşqçi ola bilərəm” - AÇIQLAMALAR

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Dünən, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Dünən, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Dünən, 10:00
    İtaliyada komandasını dəyişdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 116
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə