• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Düşünsək ki, qapanacaqlar, bizim üçün yanlış olar" - Qurban Qurbanov

Çempionlar Liqası

22-08-2022, 22:0

Sabah Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları start götürür.

"Qarabağ" səfərdə "Viktoriya" ilə qarşılaşacaq. Oyundan əvvəl ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Mütəxəssis fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

"Gəldik sona çıxdıq. Hamızın məqsədi yaxşı nəticə göstərərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdı. Bu gün bizim bu cür şansımız var. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Yaxşı oyun göstərərək buna nail olmaq istəyirik. Çox möhkəm, yaxşı mübarizə aparmağı xoşlayan komandaya qarşı oynayacağıq. Hiss olunur ki, rəqib də çox istəklidi. Bunu biz Bakıda da gördük. Amma futbolçularıma inanıram, güvənirəm. Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq".


- Bakıda bir neçə qol şanslarınız oldu, amma yararlana bilmədiz. Həmin epizodları dəyərləndirmək üçün sabah heyətdə dəyişiklik etməyi düşünürsüz?
- Bəli, şanslarımız oldu. Rəqibin də şansları var idi. Standart vəziyyətlərdən təhlükəli qol epizodları yaratdılar. Xırda detallar üzərində danışmışıq. Futbolçularıma epizodları göstərmişəm. Sabah daha dəqiq oynamağa çalışacağıq. Rəqibin hücumlarının qarşısını almaq üçün də çox diqqətli olmalıyıq.

- Komandanızın sağlamlıq durumu necədi? Maksim Medvedev oynayacaq?
- Maksim Medvedev və Kevin Medinadan başqa hamı yaxşıdı, hər şey qaydasındadı.

- Rəqib baş məşqçi bildirdi ki, yenə qapalı oyun oynayacaqlar. Dedi ki, "Qarabağ"a qarşı açıq futbol oynasaq, bizi cəzalandıracaqlar". Siz nə düşünürsüz?
- Bəli, rəqib baş məşqçinin fikirləri ilə maraqlandım. Amma biz hər şeyə hazır olmalıyıq. Çünki bu komandanın çox yaxşı hücum potensialı var. Mütləq düşünürük ki, bizə qarşı müdafiədə diqqətli olacaqlar. Amma düşünsək ki, qapanacaqlar, bizim üçün yanlış olar. Bir az ehtiyatlanmalıyıq, buna hazır olmalıyıq. Çünki bu komanda həm pressinq etməyi, həm topla oynamağı bacarır. Çox bacarıqlı futbolçuları var. Biz də müdafiədə oynamağı düşünmürük. Əgər rəqib bizi məcbur edərsə, bunu edərik. Bizim məqsədimiz yenə də öz oyunumuzdan əl çəkməmək, daha aktiv, daha aqressiv olmaqdır, xüsusən də hücumda. Buna baxmayaraq, rəqibin çox sürətli və düşünülmüş əks-hücumlarına hazır olmalıyıq. Rəqib məşqçi fikirlərində bildirib ki, hələ düşünür. Sabah son məşqləri olacaq. Düşündüyü iki heyət var. Hələ hansını oynadacağına qərar verməyib. Daha çox hansı oyuna üstünlük verəcəklərini bilmək üçün sabahı gözləməliyik.

Qurbanov sonda azarkeşlərə təşəkkürünü bildirib:

"Sonda bir şey demək istəyirəm. Bizi həm aeroportda, həm oteldə bir neçə çexiyalı azarkeş qarşıladı. Bizim bütün futbolçuların, həmçinin mənim avtoqrafımı istədilər, şəkil çəkdirdilər. Mənim köməkçilərim Zaur Tağızadə, Elçin Rəhmanov, Elxan Həsənovun futbol oynadığı vaxtlardakı şəkillərini imzalatdılar. Bunlar mənim üçün çox xoş oldu. Onlar əsl futbol azarkeşləridir. Buradan hər birinə bir daha təşəkkür edirəm. Baxmayaraq ki, sayları çox az idi, bizə çox böyük dəyər verdilər".

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

22-08-2022, 22:0

"Çempionlar Liqasının qrupuna düşməyə çalışacağıq" - Abdullah Zubir

Çempionlar Liqası

8-08-2022, 21:0

"Sona qədər layiqli mübarizə aparmağa çalışacağıq" - Qurban Qurbanov

Konfrans Liqası

10-08-2022, 19:0

"Neftçi"nin özünəməxsus oyun tərzi var" - "Rapid"in baş məşqçisi

Çempionlar Liqası

22-08-2022, 19:0

"Qarabağ"ın hücum keyfiyyəti əladı" - Mixal Bilek

Çempionlar Liqası

2-08-2022, 18:0

"Bura kimi gəlmişiksə, bizim də gücümüz az deyil" - Qurban Qurbanov

Aktual
Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
Son xəbərlər
  • Bu gün, 19:49
    Salahın ''Beşiktaş''a transferi nə yerdədi?
  • Bu gün, 19:13
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:00
    Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
  • Bu gün, 17:16
    Bundan sonra Şimali Amerikada işləyəcək
  • Bu gün, 16:45
    Klubuna sadiq qaldı
  • Bu gün, 16:02
    Asiyadan Avropaya yollandı
  • Bu gün, 15:10
    İngiltərə futbolunun tarixinə düşdü
  • Bu gün, 14:45
    “Barselona”nı tərk edəcək
  • Bu gün, 14:16
    FİFA-dan daha bir yenilik
  • Bu gün, 13:47
    Xalqın yanına getmək niyə çətindi?
  • Bu gün, 13:09
    Milli komanda ilə vidalaşdı
  • Bu gün, 12:38
    Gözlənilən qərarı 41 yaşında verdi
  • Bu gün, 12:04
    “Napoli”yə təyinatı rəsmiləşdi
  • Bu gün, 11:19
    Qocaman mütəxəssis istefaya yollandı
  • Bu gün, 10:53
    Slavko Vinçiçlə Elvin Bədəlovu nə bağlayır? – sloveniyalı referi 4 il əvvəl Bakıya gəlib
  • Bu gün, 10:20
    Premyer-liqada istefa
  • Bu gün, 09:49
    "Qarşımıza çempionluq məqsədi qoymuşuq" - Cenk Sümər
  • Dünən, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Dünən, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Dünən, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Dünən, 22:55
    Roderik Miller hardadı?
  • Dünən, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Dünən, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Dünən, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Dünən, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Dünən, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Dünən, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Dünən, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Dünən, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Dünən, 19:07
    “Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
  • Dünən, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Dünən, 18:00
    Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
  • Dünən, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Dünən, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Dünən, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
Daha çox
Oxunub: 238
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 227
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 177
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 138
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə