Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları start götürəcək.
"Qarabağ" Çexiyada "Viktoriya"ya rəqib olacaq. Matçdan öncə meydan sahiblərinin futbolçusu Lüdek Pernitsa mətbuat konfransında iştirak edib. O, fikirlərini bölüşüb:
"Qarabağ" irəlidə narahatlıq yaradır. Arxa xətdə isə zəif yerləri var, o qədər də güclü deyillər. Şanslar hər zaman var. Ev oyununda da standart vəziyyətlərə diqqət yetirəcəyik. Bu, oyunun əsas açarlarından biri ola bilər. Standart vəziyyətlər bizim gücümüzdü. Lukaş Heyda oynasaydı da, çətin olacaqdı. Təbii ki, o, bizim kapitanımızdı və onsuz daha çətin ola bilər. Lakin biz digər oyunçulara da inanırıq".