"Neftçi"nin sabiq forvardı Ruslan Qurbanov "feysbuk" səhifəsində paylaşım edib: “Futbolçuların çoxu hansı komandada oynadığını, hansı komandanın formasını geydiyini hələ ki dərk etmir. Dünən “Rapid” – “Neftçi” matçını tam izlədim. Yeni transferlərə görə şoka düşdüm. Adamın qarşısında heç kim yoxdu, amma qol vura bilmir. Hücumçu haqda, ümumiyyətlə, sakit dayanıram. O mənə futbolçu yox, yüngül atlet kimi göründü. Unutmayın, “Neftçi” flaqmandı və çoxları bu formanı daşımağa layiq deyil. “Neftçi” azarkeşləri dünən gördüyümüzə yox, daha artığına layiqdi”.