DÇ-2022-nin biletlərinin satışa çıxarılacağı vaxt məlum oldu

22.03.2022 11:14 661
Dünya futbolu
FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün bilet satışlarının yeni tarixlərini açıqlayıb.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda qurumun rəsmi saytı xəbər yayıb. Satış martın 23-də 14.00-da başlayacaq və martın 29-u günortayadək davam edəcək.

Tamaşaçılar bu mərhələdə üç kateqoriyalı - tək matçlar, konkret komandaların iştirak etdiyi oyunlar və dörd stadionda oynanılacaq qarşılaşmalar üçün biletlər əldə edə biləcəklər.

Qeyd edək ki, ​DÇ-2022 noyabrın 21-dən dekabrın 21-nə qədər davam edəcək.