Bakıda hazırlığa başlayacaq “Araz-Naxçıvan” sonra... - AÇIQLAMA

21.07.2022 15:33 396
İdman / Manşet
“Araz-Naxçıvan” bu yay “transfer bazarı”nda fəal təsir bağışlayır.

Ölkənin dəyişməz çempionu yerli gənclərlə yanaşı, Brazliyadan legionerlər dəvət edib. Klubun vitse-prezidenti Mahmud Sadıqov “Football-plus.az” saytına açıqlamasında eyni ölkədən daha bir legionerin yolunu gözlədiklərini söylədi:

“Bu günə kimi 3 braziliyalı - Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə ortaq məxrəcə gəlmişik. Böyük ehtimalla yaxın günlərdə daha bir braziliyalı ilə müqavilə bağlanacaq. Baş məşqçi Joze Alesio Da Silva hazırda vətənində istirahətdədi. O və yeni legionerlər avqustun 7-də Bakıda olacaq. Bir gün sonra isə komanda tibbi müayinədən keçib, məşqlərə başlayacaq. Təlim-məşq toplanışının ilk mərhələsi Bakıda reallaşacaq. Ola bilər ki, komanda hazırlığın növbəti mərhələsi üçün10 günlük bölgələrdən birinə yollandı”.


RƏŞAD