"Sumqayıt" Bolu toplanışını ləğv etdi

17.07.2022 12:23 494
Premyer-liqa
2022/23 mövsümünə hazırlığın 2-ci mərhələsi üçün dünən Türkiyəyə yollanan "Sumqayıt"ın təlim-məşq planında dəyişiklik olub. Belə ki, meydançaların yaxşı vəziyyətdə olmaması üzündən komandamız toplanışı Boluda yox, Ankaranın Qızılcahamam bölgəsində keçirəcək. Adı çəkilən bölgədə "Çam" hotelində məskunlaşan Aleksey Baqanın yetirmələri plana əsasən bu günü iki məşqlə başa vuracaq.