Mahir Emreli ikinci komandaya göndərildi

14.07.2022 23:11 607
Dünya futbolu
"Dinamo"da (Zaqreb) çıxış edən Mahir Emreli Xorvatiya çempionatında yeni mövsümün ilk turunu buraxacaq.

Football-plus.az adı çəkilən ölkənin mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Ante Çaçiç məlumat verib. Mütəxəssis zədədən bərpa prosesini keçən Mahirlə yanaşı, Boşko Şutalo, Antonio Marin, Marko Bulat, Amer Qoyakın hazırda ikinci komanda ilə məşq etdiyini söyləyib:

"Ötən mövsüm "Dinamo"dan 7 xal alan komandaya qarşı bizi çempionatın startı gözləyir. Bu o deməkdi ki, oyun bizim diqqətimizdədi. Təbii ki, çempionata üç xalla başlamaq üçün hər şeyi etmək istəyirik. Biz istənilən məqsədə çatmaqdan ötrü 90 dəqiqə yaxşı çıxış etməliyik. Komandada kifayət qədər oyunçu var, lakin indi zədəli Mahir Emreli, Bosko Sutal, Marko Bulata şans verə bilmərik".