İspaniya La Liqasının baş sponsoru dəyişəcək.
“Marka” qəzetinin məlumatında 2023/24 mövsümündən liqanın yeni sponsorunun olacağı bildirilir. Bu səbəbdən ölkə çempionatının 1-ci divizionunun rəsmi adı da dəyişəcək. “Banco Santander” əsas sponsor statusunu bir ildən sonra itirəcək.
“Marka”nın xəbərinə görə, artıq yeni baş sponsorla 5 illik müqavilə razılaşdırılıb. Qəzet konkret ad çəkməsə də, La Liqa rəhbərliyinin anlaşdığı şirkətin qlobal miqyasda öncül mövqeyə malik olduğu qeyd edilir.