Növbəti mövsüm diviziondan elitaya hansı klubların gələcəyi hələ dəqiq məlum olmasa da, “Turan Tovuz”un adı ilk günlərdən favoritlər arasında sələnir.
Tovuz stadionun təmir olunması, bölgədə müasir tələblərə cavab verən akademiyanın inşası, çoxlarını belə düşünməyə vadar edir.
Bəlkə də bu səbəbdəndi ki, artıq indidən premyer-liqada oynayacaq komandanın “sükanı arxasına” gətiriləcək baş məşqçi adı ətrafında müzakirələr gedir.
“Football-plu.az” saytına daxil olan məlumata görə, elitada çıxış edəcək kollektivi çalışdırmağa iki namizəd var. Bunlardan biri bu gün “Səbail”in baş məşqçisi olan Aftandil Hacıyev, digəri isə “Zirə”nin aşağı yaş qrupları üzrə əlaqələndiricisi Zaur Həşimovdu.
Mənbəmizin sözlərinə görə, Tovuzun futbol ictimaiyyəti daha çox Hacıyevin namizədliyinə isti yanaşır. Aftandil bəy futbol oynadığı dönəmdə “Turan”ın şərəfini qoruduğundan tovuzlular onu “sükan arxasında” görmək istəyir.
RƏŞAD