''Fənərbaxça''da Məsut ilə bağlı yeni qərar

27.06.2022 13:50 408
Dünya futbolu
''Fənərbaxça'' rəhbərliyi uzun müddətdi əsas komandadan kənarlaşdırılan və fərdi məşq etmək məcburiyyətində qalan Məsut Özil ilə bağlı yeni qərar qəbul edib.

Rəhbərlik buna qədər ünlü yarımmüdafiəçinin əfv olunması məsələsini heç yaxına da buraxmırdı. Elə yeni baş məşqçisi Jorje Jezuş da ilk mətbuat konfransında Özil ilə bağlı qərarın qüvvədə qalacağını demişdi. Amma Türkiyə mətbuatının yazdığına inansaq, rəhbərlik təcrübəli futbolçunu dinləmək qərarına gəlib. Önümüzdəki günlərdə başqan Əli Koçun rəhbərliyi ilə idarə heyətinin Məsutla görüşəcəyi və futbolçunun gələcək taleyinə bu görüşdən sonra aydınlıq gələcəyi gözlənilir. Həmin görüşdə Məsut öz intizamsız davranışının səbəbinə aydınlıq gətirməli olacaq. Xatırladaq ki, dünya çempionu statusunda olan bu futbolçu martın 20-də ''Konyaspor''la oyunun fasiləsində baş məşqçi İsmayıl Kartalla mübahisə etmişdi. O əvəzlənməsinə etiraz əlaməti olaraq butsusunu Kartala tərəf atmışdı. Bir gün sonra isə bu mütəxəssisin tələbi ilə Özil rəhbərlik tərəfindən əsas komandadan kənarlaşdırılmışdı. 33 yaşlı futbolçu ötən mövsüm 26 rəsmi oyuna çıxaraq 9 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul