AFFA srağagün 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Milan Obradoviçlə vidalaşıb.

Bu haqda qurumun rəsmi saytı məlumat yayıb. Serbiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmayıb. 44 yaşlı məşqçi 2019-cü ilin yanvarından ölkəmizdə çalışırdı. 3 il 6 ay ərzində 24 matçda komandanı meydana çıxarıb. Bu qarşılaşmaların 17-də məğlub olub, 5-də qələbə qazanıb, 2-də isə heç-heçə edib. Topların nisbəti də Obradoviçin xeyrinə deyil – 47:21.

Beləliklə, serb mütəxəssislə 3 il 6 aylıq əməkdaşlıq başa çatdı. O, vətənə dönüş ərəfəsində “Futbol+”ə geniş müsahibə verdi.

“Futbolçularım tarix yazmaq istədilər, son dəqiqəyə kimi meydanda mübarizə apardılar”


- Avropa çempionatının seçmə mərhələsindəki son üç oyundan başlayaq. Estoniya, Finlandiya və Norveçlə qarşılaşdız. Çətin olmadı ki?
- Bu oyunların hamısı səfərdə idi. Məsafələrin qət edilməsinə görə problem yaşayırdıq. Lakin komandamla fəxr edirəm. Bunu həmişə söyləmişəm. Futbolçularım fəxr etməyim, sadəcə, son üş görüşə görə deyil. Hazırlıq matçlarından, təlim-məşq toplanışlarından, vacib oyunlardan öncə və sonra demişəm ki, sizinlə fəxr edirəm. İlk oyunu Estoniyaya qarşı keçirdik. Möhtəşəm oyun sərgilədik. Tarix yazdıq. 1994-cü ildən bəri heç kim belə nəticə əldə edə bilməmişdi. Estoniyaya 5 top vurmaq bizim üçün möhtəşəm nəticə idi. Bu səbəbdən də uşaqlarla qürur duyuram. Onlar istədiklərinə nail oldular. Növbəti oyunu Finlandiyaya qarşı keçirdik. Onlara 0:3 hesabıyla məğlub olduq. Lakin oyunu izləyən hər kəs deyə bilər ki, uduzmağa layiq deyildik. İlk hissədə bərabər səviyyəli oyun nümayiş etdirdik. Fasilədən sonra penalti qaçırdıq. Musa Qurbanlı fərqlənə bilmədi. Oyundan sonra da bunu demişdim, indi də söyləyirəm ki, hücumçunu buna görə qınamıram. Bu futboldu, hər şey ola bilər. Lakin həmin epizodda fərqlənsəydik, nəticənin necə olacağını heç kim təxmin edə bilməyəcəkdi. Norveçlə görüş də olduqca çətin keçdi. Onlara da 1:2 hesabıyla məğlub olduq. Əvvəlki müsahibələrimdə söyləmişdim ki, Xorvatiya, Norveç və Finlandiya bu qrupun əsas favoritləridi. Qrupun sıralaması da bunu əyani sübut etdi. Lakin norveçlilərə qarşı ideal oynadıq. Həm taktiki, həm də sxematik olaraq norveçlilərdən heç geri qalmadıq. Hesabda geri düşməyimizə baxmayaraq, futbolçularım bərabərlik qolunu vura bildilər. Seçmə mərhələ ərzində əsas hədəfim bu idi. Məğlub duruma düşəndən sonra oyundan qopmamaq bizim məqsədimiz idi. Futbolçularım xarakter göstərə bildilər. Lakin rəqibin futbolçusunun ustalığı özünü göstərdi. Müdafiədə ani səhv bizə baha başa gəldi. Ümumilikdə bu üç qarşılaşma göstərdi ki, komandam əzmkardı və ffutbolçularımın hamısının özünəməxsus xarakteri var. Onlar Estoniyaya qarşı 3-cü qolu vurduqdan sonra dayana bilərdilər. Lakin futbolçularım tarix yazmaq istədilər, son dəqiqəyə kimi meydanda mübarizə apardılar. Onlarla fəxr edirəm.

- Seçmə mərhələdə cəmi 7 xal qazandıq. Daha çox ola bilməzdi?
- Həmişə səmimi olmuşam. Ömrümün axırına kimi də belə qalmağa çalışacam. Qrupda səviyyə baxımından Estoniyadan güclü idik. Əsas hədəfimiz onları hər iki görüşdə məğlub etmək idi. Bunu da bacardığımız üçün sevincliyəm. Xorvatiya, Avstriya, Norveç və Finladiya kimi rəqiblərdən xal almaq isə əlavə uğur sayılacaqdı. Finlandiya ilə görüşdə bunu edə bildik. Norveç və Finlandiya ilə oyunlardan sonra hər iki komandanın baş məşqçisi bizim haqda elə xoş sözlər söylədilər ki... Bunu sözlə ifadə etmək çətindi. Onlar futbolçularımızı, oyunumuzu təriflədilər. Bizə qarşı çətinlik çəkdiklərini söylədilər. Bu, bizim üçün vacib məqamdı. Çünki əcnəbi məşqçilər gördülər ki, Azərbaycanda sürətli, texnikalı futbolçular var, onlar komanda oyunu sərgiləyə bilirlər. Bizim oyunlar gənclər üçün bazar idi. Onları əcnəbi skautlar izləyirdilər. Güclü rəqiblərin baş məşqçilərinin futbolçularımız haqda yüksək fikir səsləndirməsi xoşuma gəldi. Başqa ölkələrdə güclü və ucuz futbolçular axtaran zaman əminəm ki, mənim komandamdan kimlərisə yada salacaqlar. Onlarla əlaqə qurub, transfer etmək istəyəcəklər. Düşünürəm ki, adı çəkilən komandalardan daha çox ala bilərdik. Çoxlu şanslarımız oldu. Norveçlə hər iki matçda xal, Finlandiya ilə ev oyununda qələbə qazana bilərdik. Yekunda isə 10 görüşdə 7 xal qazandıq. Lakin futbolçularım meydanda can qoyub, döyüşdülər. Az xal qazanmağımızın səbəbi isə qrupumuzda olduqca güclə və çətin rəqiblərin olması idi.

“Mən daha U-21-də məşqçi olmaq istəmirəm”


- Nə baş verdi ki, AFFA sizlə yeni müqavilə imzalamadı?
- İyunun 20-si, saat 17.00-da federasiyanın binasında iclas oldu. Sərxan Hacıyevlə 21 yaşadək futbolçulardan ibarət millinin nəticələrini müzakirə etdik. Yeni təklif oldu. Lakin şərtlər imtina etməyimə səbəb oldu. Buna görə razılığa gələ bilmədik. Tək problem özümlə bağlı idi. Mən daha U-21-də məşqçi olmaq istəmirəm. 4 ildi burdayam. 2 il öncə ayrılmaq istəyirdim. Bunu Elxan Məmmədova da söyləmişdim. Lakin o daha 2 il gözləməyi məndən istəmişdi. Düşünürəm ki, bu yaş qrupu üzrə çalışmağım kifayətdi. İndi növbəti hədəflər haqda düşünməliyəm. Gənc məşqçiyəm. Özümü başqa yerdə sınamalıyam. Yığmaya gələcəkdə uğurlar arzulayıram. Gələcəyim haqda qərar verməyə tələsmirəm. Əvvəlcə ailəmlə görüşəcəm. Onlar üçün çox darıxmışam. Hazırda ailəmə ehtiyacım var. Daha sonra isə harda çalışacağımla bağlı qərar verəcəm.

- Millidəki işinizi davam etdirsəydiz, hansı dəyişiklikləri edəcəkdiz?
- Açığı, işim çox çətin olacaqdı. Çünki premyer-liqada 21 yaşadək futbolçu limiti ləğv olundu. Əvvəllər çempionatda çıxış edən hər komandada bir futbolçum var idisə, indi onları itirəcəkdim. Siz və başqa jurnalistlər, ümumiyyətlə, hamı limit məsələsi ilə bağlı mövqeyimi bilirdi. Öz komandasında oynayıb-oynamamasından asılı olmayaraq, bütün futbolçular yığmada döyüşürdü. Mübariz bir kollektiv formalaşdırmışdım. Onlardan istədiyimi ala bilirdim. Bəzi insanların istəyi ilə limtin dəyişdirilməsi o qədər də doğru deyil. Başa düşürəm, klublar bunu tələb edib. Bunda problem yoxdu. O zaman yığmanın inkişafı üçün nələrsə edilməliydi. Məsələn, 21 və 19 yaşlı futbolçulardan ibarət komanda yaradıb, premyer-liqada oynatmaq olardı. Bu komanda 1-ci divizionda da çıxış edə bilərdi. Çempionatın fərqi yoxdu. Amma bu futbolçular hər gün bir yerdə məşq edəcək, bir-birinə uyğunlaşacaqdı. Bunu uyğun da yaxşı nəticələrimiz olacaqdı. Hansı ki, “Sumqayıt” bu addımı atmışdı. Onlar ancaq azərbaycanlı futbolçulardan ibarət komanda qurmuşdu. Belə bir klub formalaşdırmaq asan idi. Bu həm mənim, həm federasiyanın, həm də Azərbaycan futbolunun xeyrinə olacaqdı. Mən bunu AFFA rəsmilərinə təklif etdim. Bəziləri qəbul etdilər, bəziləri narazılıq etdilər. Yekunda qərar limitin dəyişdirilməsi oldu. Lakin bu, Azərbaycan futbolunun gələcəyi üçün təhlükəlidi. Gəlin, səmimi olaq. Yeni qərara görə 4 yerli futbolçu əsas heyətdə oynamalıdı. Hansı klub 21 yaşadək futbolçunun əsas komandada oynamasına icazə verəcək? Əminliklə deyə bilərəm ki, heç kim. Gülməli durumdu. Bilirsiz, AFFA klublardan daim xahiş edir ki, gənc futbolçulara şərait yaradın. Hansı klub limitdən başqa 21 yaşadək oyunçunu meydana öz istəyi ilə buraxıb? Mənim olduğum dönəmdə belə şeylərlə mübarizə aparırdıq. Kimsə baş məşqçilərin gənc futbolçulara şans verəcəyinə inanmağımı gözləməsin. Bir-iki oyunda uduzandan sonra azarkeşlər ondan nəticə tələb edəcək. Baş məşqçi də məcbur olub, gənc futbolçunun yerinə təcrübəlini oynadacaq. Bu durum olduqca sadədi.

“Hətta əsas yığmanın baş məşqçisindən soruşmuşam ki, nə üçün belə edirsən?”


- Hər dəfə söyləyirdiz ki, nəticə qazanmaq mənim işim deyil. Hədəfinizin Azərbaycan üçün futbolçu yetişdirmək olduğunu qeyd edirdiz. Həqiqətən belə düşünürsüz?
- Yox! Siz məni yanlış anlayırdız. Nəticə qazanmaq işimin bir hissəsidi. Yəni ancaq qələbə qazanmaq haqda düşünmürdüm. Gənc futbolçuların yetişdirilməsi əsas məqsədim idi. Əsas yığma komanda üçün onlar mənim rəhbərliyim altında təcrübə yığmalıydılar. İndi gəlin baxaq! Görək nə qədər futbolçu əsas yığmaya dəvət alıb. Hamısı bizim üçün vacib oyunçular olub. Maraqlı məqam burda idi ki, bir çoxları lazımsız yerə əsas yığmaya çağrılıblar. Yəni oynadılmayıblar. Mən xoşbəxtəm ki, Cəlal yığmanın üç oyununda meydanda oldu. Lakin Toral lazım deyildisə, nə üçün əsas yığmanın düşərgəsinə yollanırdı? O futbolçunun potensialından istifadə edə bilərdim. Rüstəm Əhmədzadə fantastik oyunçudu, son üç oyunda səviyyəsini göstərmiş oldu. Lakin bundan əvvəlki toplanışda əsas yığmaya lazım olduğu deyilsə də, heç oynadılmadı. Nə üçün? Belə şeylər nəticə qazanmağıma mane olur. Təbii ki, nəticə qazanmağı hamı istəyir. Mən də onlardan biri. Lakin əsas heyət üzvləri milli komandaya gedirsə, necə nəticə əldə edəsən?! Hansı ki, həmin adamlardan istifadə olunmur. Hər dəfə bunun səbəbini soruşmuşam, AFFA rəhbərliyinə narazılığımı bildirmişəm. Hətta əsas yığmanın baş məşqçisindən soruşmuşam ki, nə üçün belə edirsən? Həmişə deyib ki, onlara ehtiyacım var. Bəs niyə meydana çıxmırlar? Onları başqa ölkələrə əsas milli ilə birgə azarkeş kimi aparırdılar? Hansı daha yaxşıdı - U-21-in heyətində meydanda olmaq, yoxsa milli komandanın görüşünə ehtiyat oyunçular skamyasından tamaşa etmək? Başqa ölkələrdə bu fərqli olur. Məsələn, “Real”ın ulduzu Kamavinqa U-21-in heyətində Serbiyaya qarşı meydanda idi. Çempionlar Liqasının qalibi olmuş futbolçudan söhbət gedir. Bu Fransada belə tənzimlənir, amma Azərbaycanda yox. Hətta “Real”ın üzvü əsas yığmaya lazım olmursa, U-21-də çıxış etməlidi. Bu normal durumdu. İndi mənim sualıma cavab verin. Nə üçün? Oynatmayacaqsan, niyə əsas yığmaya çağırırsan? Sənin lazımsız saydığın futbolçu mənim komandamın əsas üzvüdü. Bəli, mənim üçün nəticə önəmli deyildi. Nəticə futbolçularımın daha da inkişaf etməsinə təkan olacaqdı. Estoniya üzərində qələbə qazana bilirik. Amma Fransaya 1:2 hesabı ilə uduzmaq da nəticə qazanmaqdı. Çünki onlar Azərbaycan futbolundan çox uzaqdadılar. Ümid edirəm ki, indi başa düşürsüz nə üçün nəticə qazanmağın o qədər də önəmli olmadığını söyləyirdim. Peşəkar futbolçunu “milliləşdirmək” olur. Gənc oyunçunu isə yetişdirməlisən. Akademiyalarla birgə çalışmalısan. Onlara nəzarət etməlisən. Gəncləri həm texniki, həm taktiki, həm də psixoloji cəhətdən hazırlamalısan ki, inkişaf etsinlər. Amma ölkədə tək-tük akademiya normal fəaliyyət göstərir. Bu halda gənc futbolçuların yetişdirilməsi də çətindi, nəticə vermək də.

- Dörd ilə yaxın Azərbaycanda çalışdız. Ölkəmiz haqda nələr söyləmək istəyirsiz?
- Həqiqətən möhtəşəm günlər keçirdim. Bakı, ümumiyyətlə, Azərbaycan əla yerdi. İnsanlar çox səmimidilər. İşlədiyim, gündəlik gördüyüm şəxslər mənimlə olduqca mehriban davrandılar. Burda möhtəşəm anlarım və xatirələrim oldu. Düşünürəm ki, nə zamansa burdan bir təklif alsam, düşənmədən qəbul edəcəm. Burda çalışdığım üçün insanlara təşəkkür edirəm. AFFA prezidenti Rövnəq Abdullayevə, daha sonra vitse-prezident Elxan Məmmədova, baş katib Sərxan Hacıyevə minnətdarlığımı bildirirəm. Mənə kömək olan komanda yoldaşlarıma, millinin menecerlərinə xüsusi təşəkkür edirəm. Onların sayəsində Azərbaycandakı həyatım olduqca asan oldu.

- Yekunda Azərbaycan futbolu haqda nələr söyləyə bilərsiz?
- Burda iki tərəf var. Birgə işlədiyim futbolçular. Hansı ki, 4 il ərzində onlarla uğur əldə etməyə çalışdım. Onların çoxu inkişaf edəcək və əla futbolçu olacaqlar. Digər tərəfdə isə milli komanda ilə klubların üzvləri var. Bu da ayrı mövzudu. Hamı limitin yığışdırılmasının ölkə futbolunun xeyrinə olduğunu düşünür. Amma nələrin yaşanacağını zaman göstərəcək. Gənc futbolçulara şans vermək lazımdı. Xaricdə azyaşlı oyunçuları transfer edib, heyətə cəlb edirlər ki, sonra baha qiymətə sata bilsinlər. Ümid edirəm ki, Azərbaycanda da bu düşüncə nə zamansa formalaşacaq.

İLKİN SULTANLI

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər