• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yayın transfer vitrini: Mane, Poqba və başqaları... - YAZI

Manşet / Yazarlar

10-06-2022, 11:0

Bu yay Avropa futbolunun tranfer bazarında hərəkətli anlar yaşanacaq.

Bir çox məşhur futbolçunun iş yerini dəyişəcəyi gözlənilir. Bəs belə məşhurların “10-luğ”unda kimlər var?

Qabriel Jezus
Klub: “Mançester Siti”
Dəyəri: 50 milyon avro*
Hara: “Arsenal”, “Yuventus”, “Tottenhem”
Tərəqqisi dayanan 25 yaşlı braziliyalı son mövsümdə MS-nin əsas oyunçusu sayılmırdı. Pep Qvardiola klassik mərkəz hücumçularısız ötüşdü, Jezus isə müntəzəm cinahda göründü. Erlinq Holann ilə Xulian Alvaresin transferi braziliyalının oyun vaxtını bir qədər də azaldacaq, bu üzdən yayda getməsi təbiidi. Müqavilə müddəti 1 il sonra bitəcəyindən indi “şəhərlilər” üçün onu satıb pul qazanmaq baxımından son şansdı. Jezus uğrunda mübarizədə favorit son yarım ildə Obameyanqla Lakazetti itirən, üstəlik Nketia ilə müqavilə müddətini hələ də uzatmayan “Arsenal”dı. Ancaq “Yuventus”la “Tottenhem”in də adı transfer şayiələrində hallanır.

* burda və hər yerdə transfermarkt.com saytının versiyasınə əsasən göstərilib.

Pol Poqba
Klub: azad agent
Dəyəri: 55 milyon avro
Hara: “Yuventus”, PSJ
“Mançester Yunayted” akademiyasının 29 yaşlı məzunu ilə son 10 ildə artıq ikinci dəfə vidalaşıb. Və hər şeydən belə görünür ki, Poqba son 10 ildə 2-ci dəfə azad agent qismində “Yuventus”da görünəcək. Fransalı MY-dən ayrılmamış PSJ də ona maraq göstərirdi, ancaq “Yuve” variantı həmişə prioritetdi. “Sky Sports” belə hesab edir ki, Turin klubu sövdələşməni iyunun 17-də açıqlayacaq – məhz həmin gün Poqbanın karyerası haqda çəkilən “The Pogmentary” sənədli filminin təqdimatı da olacaq.

Sadyo Mane
Klub: “Liverpul”
Dəyəri: 80 milyon avro
Hara: “Bavariya”
Qışda “Liverpul”a keçən Luis Dias dərhal Manenin sol cinahdakı yerini tutdu. Hücumun mərkəzinə çəkilən seneqallı buna görə sevinmədi. Artıq 30 yaşı olan Manenin “Liverpul”dakı perspektivi heç də əvvəlki qədər aydın görünmür. Seneqalda da Manenin klubundan narazıdılar. Forvardın həmvətənlərini onun mövqeyindən uzaqlaşdırılması qıcıqlandırır. Onlar həmçinin belə hesab edirlər ki, klubda Sadyoya Salah ilə müqayisədə daha pis yanaşırlar. Məsələn, “Liverpul” Seneqalın Afrika Millətlər Kubokundakı zəfərini və dünya çempionatına vəsiqə qazanmasını qeyd etmədi, ancaq klub əməkdaşları az qala hamılıqla hər iki məğlubiyyətdən sonra misirli ulduza təsəlli verdi. Mane artıq böyük əks-səda doğuran mətbuat konfransı da keçirib və orda tezliklə “Liverpul”dan gedəcəyinə işarə vurub. Düzdü, sonradan üzr istədi və sözlərinin zarafat olduğunu dedi. Görək bütün bunlara Maneyə əsas iddiaçı sayılan “Bavariya” necə reaksiya verəcək?

Rafinya
Klub: “Lids”
Dəyəri: 45 milyon avro
Hara: “Barselona”, “Liverpul”, “Mançester Yunayted”, “Bavariya”
“Lids” premyer-liqadan getsəydi, Rafinya yüzdəyüz klubunu dəyişəcəkdi. Braziliyalı birmənalı şəkildə “top-6” komandalarında olmayan, ancaq premyer-liqada ən yaxşı çıxış edən futbolçulardan biridi. Son mövsümdə 11 qol vuran solaxay vinger Avropanın top-klublarını bir qədər də həvəsləndirib. yayda Xavini razı salmayan Adam Traore ilə vidalaşacaq, həminin Usman Dembeleni itirmək ehtimalı yüksək olan “Barselona” onun uğrunda mübarizədə favorit sayılır. Ancaq başqa nəhənglər də Rafinya ətrafındakı durumu izləməkdədi.

Paolo Dibala
Klub: azad agent
Dəyəri: 40 milyon avro
Hara: “İnter”, “Tottenhem”, “Mançester Yunayted”, “Arsenal”, “Nyukasl”
Argentinalı forvardın “Yuventus”dan gedəcəyi çoxdan bəllidi. Turin klubuna 7 ilini verən, son mövsümdə meydana tez-tez kapitan sarğısı ilə çıxan Dibala müqavilə müddətini uzatmamağa qərar verdi. İni onun iki variantı var – ya özünü sınamaq istədiyi premyer-liqaya yollanacaq, ya da “İnter”ə. Futbolçu bugünlərdə başqa liqalarla da tanış olmaq istədiyini, ancaq İtaliyada xoşbəxt olduğunu deyib. Bu üzdən “İnter” variantı daha real görünür.

Orelyen Çuameni
Klub: “Monako”
Dəyəri: 60 milyon avro
Hara: “Real”, PSJ, “Çelsi”, “Liverpul”
Planetin ən güclü dayaq yarımmüdafiəçilərindən birinin cəmi 22 yaşı var, odu ki, bazarda onun ətrafındakı ajiotaj anlaşılandı. Fransa yığmasının oyunçusuna PSJ də iddialıdı, ancaq “Real”a keçidi daha real görünür. Madridlilər bonuslar nəzərə alınmadan “Monako”ya 80 milyon avro ödəməyə hazırdı, şəxsi müqaviləni də razılaşdırıb. Sövdələşmə baş tutsa, Çuameni yay “transfer pəncərəsi”nin ən bahalı futbolçusu ola bilər – hətta Holanna görə “Siti” bundan az pul ödəyib.

Romelu Lukaku
Klub: “Çelsi”
Dəyəri: 85 milyon avro
Hara: “İnter”, “Barselona”
Belçikalı nəhəng bir il əvvəl “İnter”dən “Çelsi”yə, demək olar ki, 100 milyon funta keçdi. Onda güman olunurdu ju, Lukaku London klubunu premyer-liqada çempionluğa iddialı kluba çevirəcək. Ancaq parlaq startdan sonra “yatdı”, əsas heyətdə yerini itirdi, qışda isə nəyə görəsə müsahibədə dedi ki, “İner” üçün darıxır (Tuxel bu üzdən onu bir müddət heyətdən kənarda qoydu). Lukaku ötən mövsüm ərzində cəmi 8 top vurdu, “Çelsi” yazda belçikalısız da yaxşı oynadı. İndi nəhəng forvardın Milana dönüşünü gözləmək tam məntiqlidi. “İnter” hələ ki danışıqlarda o qədər də fəal deyil, ancaq tələsməyə də dəyməz: iddiaçılar sırasında yalnız “Barselona”nın adı çəkilir. Kataloniyalılar da daha çox Levandovskinin transferinə fokuslanıb. “The Telegraph” yazır ki, “Çelsi” Lukakunu pul müqabilində icarəyə verməyə hazırdı – bir il üçün 20 milyon funt istəyir.

Qaret Beyl
Klub: azad agent
Dəyəri: 3 milyon avro
Hara: “Tottenhem”, “Milan”
Beyl ötən mövsümü “Real”ın ehtiyat oyunçular skamyasında keçirdi və hətta müqavilə müddətinin sonunu gözlədiyini gizlətmədi də. 32 yaşlı uelsli Çempionlar Liqasını da qazandı və indi kiməsə havayı qismət olacaq. Beyl ətrafında o qədər çox şayiə gəzmir. Hamıya aydındı ki, o artıq gənc, motivasiyalı deyil, yüksək maaş istəyəcək və daim qolf meydançasına can atacaq. Ancaq variantlar var. Məsələn, Beylin heyətində dünya ulduzu olduğu “Tottenhem”lə bağlı.

Darvin Nunyes
Klub: “Benfika”
Dəyəri: 55 milyon avro
Hara: “Liverpul”, “Mançester Yunayted”, “Nyukasl”, “Arsenal”, “Tottenhem”
22 yaşlı uruqvaylı forvard “Benfika”nın son mövsümdə parlayan ulduzudu (ÇL-də “Barselona”, “Bavariya”, “Ayaks”, “Liverpul” ilə oyunlarda fərqlənib). “Benfika” çempionatda 3-cü yeri tutsa da, Nunyes 26 qolla bombardir oldu. Yığmanın da formasını geyən futbolçunun İngiltərə klublarından birində görünməsi tam realdı – premyer-liqanın az qala yarısı ona göz dikib.

Robert Levandovski
Klub: “Bavariya”
Dəyəri: 50 milyon avro
Hara: “Barselona”
Mbappe PSJ ilə müqavilə müddətini uzatdı, Holannın MS-yə keçidi mayda gerçəkləşdi, odu ki, yayın əsas transfer macərası Levandovskinin adı ilə bağlıdı. Avqustda 34 yaşını tamamlayacaq polşalı hələ birillik müqaviləsi qalmasına rəğmən, “Bavariya”dan getməkdə israrlıdı. Özü də konkret “Barsa”ya. İnsayder Fabritsio Romano artıq üçillik müqavilənin razılaşdırıldığını bildirib, indi yalnız transfer məbləğini həll etmək qalır.

ORXAN hazırladı

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-06-2022, 17:0

Qabriel Jezus "Arsenal"a keçməyə çox yaxındı

Dünya futbolu

11-05-2022, 18:0

"Arsenal" "Mançester Siti"nin hücumçusunu transfer edə bilər

Dünya futbolu

19-05-2022, 17:0

“Mançester Siti” oyunçusuna qiymət qoydu

Dünya futbolu

16-05-2022, 21:0

"Yuventus" Qabrieli transfer edə bilər

Dünya futbolu

28-04-2022, 21:0

Romario, Ronaldo, Ronaldinyo və Rivaldo kimi həmyerlilərini arxada qoyur

Dünya futbolu

16-05-2022, 17:0

''Fənərbaxça'' ilə Jezuş hansı məsələdə anlaşa bilmir?

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə