"Qarabağ"ın futbolçusu Ovusu Kvabena ötən ilin yayında icarə əsasında yollandığı "Ankaragücü"ndəki çıxışı barədə danışıb.
"Football-plus.az" xəbər verir ki, qanalı hücumçu bildirib ki, afrikalı oyunçu üçün ölkə xaricində qol vurmaq asan deyil:
"Ötən mövsümkü çıxışımı 10 ballıq şkala ilə 9 bal qiymətləndirirəm. Tək mən yox, hətta Sadio Mane və Məhəmməd Salah da fərqlənmək üçün sonadək vuruşur. Amma, məsələn, Harri Keyn şans qazananda bundan asanlıq istifadə edir. Biz isə var gücümüzü qoyuruq. Fərqlənmək üçün niyə bu qədər mübarizə apardığımızı anlamıram".