"Qarabağ"ın "Ankaragücü"ndəki futbolçusundan bəd xəbər

12.05.2022 09:59 786
Dünya futbolu
Kvabena Ovusu ağır xəstəlik keçirir.

"Football-plus.az" xəbər verir ki, qanalı hücumçu xəstəxanaya yerləşdirilib və 2 gün orada qalıb. "Ankaragücü"nün üzvü bu səbəbdən "Boluspor" və "Keçiörengücü"nə qarşı matçlarda iştirak edə bilməyəcək.

Cari mövsümün əvvəlindən "Ankaragücü"ndə çıxış edən "Qarabağ"ın üzvü meydana çıxdığı 23 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.