Azərbaycan para-karateçiləri Türkiyənin Qaziantep şəhərində keçirilmiş böyüklər arasında 57-ci Avropa çempionatında 2 qızıl və 1 gümüş medal qazanıb.
Emilia Mitilinova görmə məhdudiyyətlilər arasında, Eldar Əhmədov isə əlil arabası istifadəçiləri arasında Avropa çempionatının qızıl medalına yiyələnib.
Görmə məhdudiyyətli idmançılar arasında iştirak edən digər təmsilçimiz Nihat Məmmədzadə isə yarışın gümüş medalını qazanıb.