• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Sadıqov: "Futbolçularımla fəxr edirəm" - MÜSAHİBƏ

Manşet / Müsahibə

27-05-2022, 23:0

Bu gün Azərbaycan kubokunun finalının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1.

"Football-plus.az" xəbər verir ki, penaltilər seriyasında Ağdam təmsilçisi qələbə qazanıb - 4:3.

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Rəşad Sadıqov iştirak edib. Gənc mütəxəssis məğlubiyyəti şərh etdikdən sonra jurnalistlərin suallarını cavablandırdı...

"Finala layiq oyun oldu. Maraqlı hadisələr baş verdi. İlk hissədə yaxşı mübarizə getdi, rəqibə qol epizodu yaratmaq imkanı vermirdik. Qol da vurduq. İkinci qol epizodumuz da oldu. Oyunun qırılma nöqtəsi Şahruddinin seyvi idi. “Qarabağ”a qarşı 1:0 təhlükəlidi. İkinci hissədə rəqibin təzyiqi artıracağını bilirdik. Qol buraxanda azlıqda idik. Məhz Zubirə qarşı oynayan Qismət meydanda deyildi və o, möhtəşəm qol vurdu. Bundan sonra rəqib daha rahat oynadı. Futbolçularımla fəxr edirəm. Sona kimi döyüşdülər. “Qarabağ”ı təbrik edirəm. Layiqli “qızıl dubl” etdilər. Bu oyun bizim üçün böyük bir dərs oldu. Anladıq ki, böyük komandalara qarşı, finallarda da oynaya bilərik. Futbolçular çəkinmir, qorxmurdular. Penalti vuran futbolçularımızın zədələnməsi bizim üçün çətin oldu. Komanda möhtəşəm mövsüm keçirdi. Titul da qazana bilərdik. Amma sonluqdakı çətin qrafikdə əlimizdən gələnin maksimumunu etdik. Camiəmizi təbrik edirəm. Konfrans Liqasında ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq".

- Qışdan sonra “ayağı bağlanan” Volkovun elə penalti vurması barədə nə deyə bilərsiz?
- Xüsusən önəmli məqamlarda özüm də böyük həyəcan keçirmişəm. “Neftçi” ilə penaltilər seriyasında “5-liy”ə görə əmin idim. Bu gün tərəddüd keçirirdim. Texnikalı futbolçularımız az idi. Oyunçuya penaltiyə görə qiymət vermək lazım deyil. 120 dəqiqə meydanda yaxşı mübarizə apardı. “Qarabağ”ın sol cinahı məşhurdu. Həm Zubir, həm Elvin hücuma yaxşı qoşulurdular. Volkov əla mövsüm keçirdi. Bu gün də sona qədər mübarizə apardı.

- Oyundan əvvəl Rəşad Sadıqovla Qurban Qurbanovun dost olduğunu, matçın rahat keçəcəyi deyilirdi. Amma oyunun sonuna qədər meydanda amansız mübarizə var idi...
- Mən futbolumuzda təcrübəli insanam. Danışanlar həmişə olub, olacaq. Biz ilk dəfə avrokubokda uğur qazananda danışılırdı ki, “Qarabağ” layihədi. Hər dəfə də bu söhbətlər gedirdi. Amma çempionatımızda o qədər şübhəli məqamlar olub ki...

Heç vaxt o məsələlər müzakirə edilməyib. Biz dəfələrlə sübut etmişik ki, bu komandalar arasında heç bir danışıq ola bilməz. Keçən il öz aramızda heç-heçə etdik, “Neftçi” çempion, “Sumqayıt” 3-cü oldu. Bu il də heç-heçə oynadıq. Halbuki həmin oyunda biz qalib gəlsək, 3-cülük yolumuz daha rahat olardı. “Qarabağ” başqa bir dönəmdə “Zirə” səfərində 2:1 qələbə qazandı. Növbəti turda böyük rotasiyalarla “Neftçi”yə qarşı oynadıq və məğlub olduq. Həmin zaman da “Neftçi” 3-cü, “Zirə” 4-cü yeri tutdu. Bu söhbətləri etməkdə ya qəsd var, ya da cahillik. Nə etməliyik ki, özümüzü isbat edək? Biz həmişə sonuna qədər vuruşacağıq. Eynilə “Qarabağ”da bizə qarşı. Heç vaxt Allahın qədərinə qarışmamışıq. Bu, münasibətimizə təsir edə bilməz. Sona qədər təmiz oyun olacaq.

- Baş məşqçi kimi ilk dəfə avrokuboklarda çıxış edəcəksiz. Komandanıza həmin mühiti aşılaya biləcəksiz?
- Həmişə qınaqlar içində olmuşam və həmişə irəli baxmağı düşünmüşəm. Bu da onlardan biridi. Komandama güvənirəm. Hazırlıq prosesi, transferlər önəmlidi. Bəzi oyunçularla danışıq aparırıq. Püşkə baxdıqda “Qarabağ”ın Çempionlar Liqasında 2-3 il öncəki rəqiblərini gördüm. Bu, bizim üçün daha maraqlı ola bilər. Əsas məsələ hazırlıq olacaq. Rəqibin kimliyi də önəmlidi. Amma uğur qazanmağın sirri hazırlıqdır. Daha tez toplaşacağıq. Rəqibin kimliyindən asılı olmayaraq mərhələ keçməyə çalışacağıq.

- Baş məşqçi kimi bu mövsümdən hansı qeydləriniz oldu?
- Futbolçulara dediyim bir söz var. Pul və oyunçu keyfiyyəti hər şey deyil. Bu il bir daha bunu gördük. Futbolçularımızın əksəriyyəti əvvəlki klublarında ya stabil oynamamışdı, ya da uğur qazanmamışdı. Keçən mövsüm də özümüzü kubokun finalçısı və ya medalçı görürəm. Bu mövsüm də 2-ci yeri tuta bilərdik. Bəzi oyunlarda qeydə alınan nəticələr bizə mane oldu. İnanmaq, güvənmək, çalışmaq önəmlidi. Keyfiyyət də vacibdi. Futbolçular göstərdi ki, karyera o qədər də önəmli deyil. Vacib olan çalışmaq, inanmaq, bir ailə kimi hansısa yolu getməkdi. Daha çox inanmalı, keyfiyyətimizi artırmalıyıq.

- Hansı mövqeləri gücləndirməyi düşünürsüz?
- Konkret fikirləşməmişik. 3-4-5 iddialı, ambisiyalı futbolçu gətirmək istəyirik. Bunun nə dərəcədə alınacağını bilmirəm.

- Oyundan sonra “Qarabağ” azarkeşləri sizi dəstəkləyən şüarlar səsləndirdi...
- Karyeramda, həyatımda yerləri başqadı. Bu sevgini və sayqını mənə göstərmələri qürurvericidi. Hər birinə təşəkkür edirəm.

- Bu rəhbərliyə veriləcək sualdı, amma onlar danışmır, ona görə də sizdən soruşuram. Rəhbərlik işinizdən razıdı?
- Danışanda danışırlar. Amma daha çox işləməyə üstünlük verirlər. Məncə, ən vacib xüsusiyyətlərdən biridi. Həmişə yanımızdadılar, bizi dəstəkləyirlər. Məni əsas motivasiya edən rəhbərlik, futbolçular, azarkeşlərdi.

- Büdcə artımı nəzərdə tutulub?
- Büdcəmiz rəsdiqlənməyib. Hər bir büdcəyə görə sağ olsunlar. Futbola pul xərcləmək asan deyilə. Belə insanları qorumalı, dəstəkləməliyik ki, uzun müddət futbolumuzda olsunlar. Rəhbərliyə təşəkkür edirəm.

- Avrokubok oyunlarını hansı stadionda keçirəcəksiz?
- İstirahət etməyi fikirləşirdim, amma avrokuboklardan o qədər sual oldu ki, bundan sonra ancaq Konfrans Liqasını düşünəcəm (gülür). “Dalğa Arena”da oynayacağıq. “Zirə” əvvəl də Avropa Liqasında oynayanda rəqiblərini orda qəbul edib. Öz meydanımızda oynamaq istərdik. Bu barədə rəhbərliyə də müraciət etmişəm. Dalğada ev ab-havası, ev üstünlüyü olmayacaq.

- Gedəcək oyunçular müəyyənləşib? Bir də Azərbaycan bazarında kimlərisə gözaltı etmisiz?
- Ən çətin məsələ Azərbaycan transfer bazarıdı. Bu da başadüşüləndi. Yerli futbolçularla bağlı qabarıq problem yaşayırıq. Maraqlandığımız futbolçular var. Amma çoxunun klubu ilə müqaviləsi var. Bizim yerli futbolçularımız da yaxşı oyunçulardı. Kimlərin gedəcəyini qarşıdakı günlərdə biləcəyik. Bütün fikrimizi kubokun finalına vermişdik. Demək olar ki, heç kimlə danışıq aparmırdıq.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

29-04-2022, 23:0

"Penalti seriyası üçün hazırlıq görməmişdik" - Rəşad Sadıxov

Manşet / Müsahibə

27-05-2022, 22:0

Qurban Qurbanov: "Dostlarımdan heç nəyi gizlətmirəm" - MÜSAHİBƏ

Ölkə kuboku / Manşet

28-05-2022, 08:0

Anar Nəzirov: "Finala çıxmağımızın özü böyük işdi" - AÇIQLAMA

Ölkə kuboku / Manşet

28-05-2022, 09:0

Qara Qarayevin "Zirə" ilə kubokun finalında "Neftçi" ilə oyunu xatırlamasına səbəb nə olub? - AÇIQLAMA

Premyer-liqa

19-03-2022, 19:0

"Qol vurmaqda problemlərimiz var" - Murad Musayev

Premyer-liqa

4-05-2022, 20:0

"Uşaqlarda inamsızlıq yarandı" - Rəşad Sadıqov

Aktual
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
Son xəbərlər
  • Bu gün, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziev son döyüşə çıxacaq
  • Bu gün, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Bu gün, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Dünən, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
Daha çox
Oxunub: 371
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 267
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə