• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"O futbolçuların meydanda olmağa ixtiyarları yox idi"

Aktual / Ölkə futbolu / Manşet

19-05-2022, 18:0

Mayın 15-də Region Liqasının yarımfinal mərhələsi çərçivəsində “Xan Lənkəran”la “Araz-Naxçıvan” arasında keçirilən oyunda Naxçıvan təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırdı.

Qarşılaşmadan sonra cənub klubunun prezidenti Pərviz Hüseynov rəqibin heyətində meydanda peşəkar futbolçuların çıxış etdiyini bildirdi. Cənublular Azər Bağırovun çalışdırdığı komandadan AFFA-nın İntizam Komitəsinə şikayət məktubu da göndərdilər. Amma Naxçıvan təmsilçisinin baş məşqçisi qəzetimizin ötən sayına açıqlamasında “Xan Lənkəran”ın iddiasını əsassız adlandırdı: “Vadim Abdullayev və Elməddin Sultanovla (soyadda səhvə yol verir, Məmmədov olmalıydı – red.) bağlı problem yaradırlar. Deyirlər ki, peşəkar statusları var. Mən “Araz-Naxçıvan”a gələndə mart ayı idi. İndi də mayın günlərini yaşayırıq. Biz bu futbolçuların adını federasiyaya təqdim etmişik. Onların peşəkar statusu olsaydı, həmin vaxt problem yaranardı. Vadim də, Elməddin də 2011-dən bəri hansısa çempionatda çıxış etməyib. Rəqibi başa düşürəm. Amma oyunu uduzandan sonra belə şeylərin ortaya atılması gülüncdü. “Araz-Naxçıvan”a böyük hesabla qalib gəlməli olan komanda indi belə bəhanələr axtarır. Bu məsələdə haqlı tərəfik. Elməddin 2021-ci ilin mayından Azərbaycandadı. Uzun müddətdi klubsuzdu. Vadim də həmçinin. Onlar Azərbaycanda heç bir peşəkar klubda oynamayıblar. UEFA-nın da qaydalarına görə bir futbolçu 2 ay maaş almadısa, artıq həvəskar statusu daşıyır”.

PRO kateqoriyalı mütəxəssisin bu tutarlı açıqlamasından sonra əksəriyyət “Xan Lənkəran”ın iddiasının əsassız olduğunu düşündü. Lakin İntizam Komitəsinin ötən gün açıqlanan qərarından sonra vəziyyət kəskin dəyişdi. Belə ki, qurum “Xan Lənkəran”la “Araz-Naxçıvan” arasındakı oyundan sonra aparılan araşdırma zamanı Naxçıvan təmsilçisinin heyətində çıxış edən futbolçulardan Orxan Əliyevlə Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olduğunu müəyyənləşdirdiyini, bu səbəbdən də “Araz-Naxçıvan”a 0:3 hesablı texniki məğlubiyyət verildiyini bəyan etdi. Beləliklə, Region Liqasının final matçının “Cəbrayıl” və “Xan Lənkəran” arasında Şamaxı şəhər stadionunda keçiriləcəyi də elan olundu.
Amma bizi düşündürən üç nüans var:

1. “Araz Naxçıvan”ın baş məşqçisi oyunlardan öncə iştirak ərizəsini müvafiq quruma göndərdiyini, belə hal olsaydı, onlardan cavab gələcəyini qeyd edir. Bu hal da yaşandı. Görəsən, bu AFFA-nın diqqətindən yayınıb?

2. “Xan Lənkəran” iddiasında Elməddin Məmmədovla Vadim Abdullayevin adını çəkmişdi. İntizam Komitəsinin qərarında isə Vadimin əvəzinə Orxan Əliyevin adı yazılıb. Bu futbolçuların hansı klublarla peşəkar müqaviləsi var?

3. Əsəsnaməni kobud şəkildə pozan “Araz-Naxçıvan”ın “Qusar”la 3-cü yer uğrunda matçı oynamasına icazə veriləcək? Yoxsa bürünc mükafatçı şimal bölgəsinin təmsilçisi olacaq?

Suallarımıza cavab tapmaq üçün AFFA-nın İntizam Komitəsini rəhbəri Erkin Hüseynovla əlaqə saxlamağı lazım bildik:

“Region Liqasının Əsasnaməsində peşəkar futbolçunun meydana buraxıla bilməyəcəyi ilə bağlı maddə var. “Araz-Naxçıvan” da bunu pozub. Peşəkar oyunçuları yarımfinalda oynadıblar. Bunlar Orxan Əliyevlə Elməddin Məmmədovdu. Hətta onlardan biri qol da vurub. Özləri də səhvlərini yaxşı bilirlər. O futbolçuların meydanda olmağa ixtiyarları yox idi. Qarşı tərəfin bizə göndərdiyi məktubda bu iki oyunçunun ölkə xaricində oynadığı klubların adı da qeyd olunub. Onların peşəkar futbolçu kimi klubları ilə müqavilələri var. İntizam Komitəsi kollegial orqandı. Araşdırma aparmadan, kor-koranə heç bir şey edə bilmərik. Bu məsələni də araşdırdıq və məlum oldu ki, həmin futbolçular peşəkar statusa malikdi. Buna görə də “Araz-Naxçıvan”a texniki məğlubiyyət verildi. Matçlarda iştirak edəcək futbolçularla bağlı sənəd də bizə yox, Region Liqasının təşkilatçılarına gedir. Mümkün deyil ki, onlar bu adları görüb araşdırma aparmasın. Bütün oyunçulara baxılır ki, orda qaydalara zidd hal yaşanmasın. Konkret araşdırma aparılıb. “Araz-Naxçıvan”a yalnız yarımfinal oyununda qaydaları pozduğuna görə texniki məğlubiyyət verilib. Ona görə də komandanın “Qusar”la bürünc medal uğrunda görüşə çıxması yolunda heç bir əngəl yoxdu. Bu qərar yalnız “Xan Lənkəran”la qarşılaşmada baş verən hadisə səbəbindən qəbul olunub”.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet / Günün xəbəri

17-05-2022, 16:0

“Araz Naxçıvan”a böyük hesabla qalib gəlməli olan komanda indi belə bəhanələr axtarır” - Azər Bağırov

Ölkə futbolu / Manşet

19-05-2022, 15:0

"Problem var idisə, həmin vaxt niyə üzə çıxmadı?" - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu

22-05-2022, 15:0

“Arpaçay” da “Araz Naxçıvan”ın ədalətsizliyə yol verdiyini açıqladı - AÇIQLAMA

Aktual / Ölkə futbolu

18-05-2022, 16:0

“Xan Lənkəran” finalda

Aktual / Ölkə futbolu

20-05-2022, 14:0

Region Liqasının 3-sü bəlli oldu

Ölkə futbolu

19-05-2022, 23:0

Yusif Vəliyev “Araz Naxçıvan”ı qınadı – AÇIQLAMA

Aktual
"Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Son xəbərlər
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
Daha çox
Oxunub: 278
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə