“Barselona” və “Real” arasında yoldaşlıq oyunu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, bu matç mövsümlərarası fasilədə baş tutacaq.
Hər iki komanda hazırlıq dövründə ABŞ-a səfər edəcək. İspaniyanın iki nəhəngi Las-Veqasda təşkil olunacaq.
Görüşdən əldə olunacaq qazanc iki klub arasında bərabər bölüşdürüləcək. Kataloniya klubu hazırlıq prosesində daha üç mata çıxacaq.
“İnter Mayami” ilə Mayamidə üz-üzə gələcək Xavinin komandası “Yuventus”la Los-Ancelesdə, “Nyu-York Red Bullz”la Nyu-Yorkda qarşılaşacaq.