"Real" yayda ABŞ-də təlim-məşq toplanışında keçirəcəyi yoxlama matçlarının təqvimini açıqlayıb.
"Football-plus.az" klubun mətbuat xidmətinə əsasən xəbər verir ki, Madrid təmsilçisi ilk olaraq iyulun 23-də Las-Veqasda "Barselona" ilə qarşılaşacaq.
Karlo Ançelottinin çalışdırdığı kollektiv iyulun 26-sı və 30-u müvafiq olaraq əvvəl San-Fransiskoda Meksikanın "Amerika" klubu ilə, sonra isə Los-Ancelesdə "Yuventus"la üz-üzə gələcək.