Fəridin komandası yenə məyus oldu

3.04.2022 14:16 532
Ölkə futbolu
Çexiya 2-ci divizionunda 21-ci turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) “Viskov”la üz-üzə gəlib və matçdan 1:2 hesabı ilə məğlub ayrılıb.

Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, ​​“Viktoriya” 21 turdan sonra 11 xalla 16 klub arasında sonuncu pillədə qərarlaşıb.