“Sabah”ın futbolçusunun durumuna aydınlıq gəldi - ÖZƏL AÇIQLAMA

21.04.2022 19:13 580
Ölkə futbolu / Manşet
“Sabah”ın futbolçusu Kristian Sebalyosdan xəbər var.

Uzunmüddətli zədədən qayıdan, premyer-liqanın 20-ci turunda, “Səbail”ə qarşı oyunda baxımlı qol vuraraq komandasına qələbə qazandıran ispaniyalını son 3 turda meydanlarda görə bilmirik. Buna səbəb hücumçunun yenə zədələnməsidi. Görəsən, Sebalyos bu mövsüm yenidən oyunlara çıxa biləcək? Bunu öyrənmək üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışdıq. Klub rəsmisinin “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Sebalyos fərdi məşqlərə başlayıb. Təxminən bir həftəyə komanda ilə hazırlığa qoşulacağı gözlənilir”.


SƏNƏM FƏRHADOVA