“Sabah” futbolçusunun düşərgəni tərk etməsinə aydınlıq gətirdi - ÖZƏL AÇIQLAMA

26.04.2022 18:30 674
Ölkə futbolu / Manşet
“Sabah”ın futbolçusu Xuan Kamara ötən gün Dubaya yollanıb.

İspaniyalı futbolçu və sevgilisi bu barədə şəxsi “instaqram” hesablarında paylaşım edib. 28 yaşlı yarımmüdafiəçinin səfərinin səbəbini öyrənmək üçün Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla danışdıq.

Klub rəsmisinin “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Şamaxı” ilə oyundan sonra komandaya istirahət verilmişdi. Kamara isə 2 günlük səyahət üçün Dubaya yollanıb. Komanda yığışanda düşərgədə olacaq”.


SƏNƏM FƏRHADOVA