Əliyev oynadı, komandası isə

10.04.2022 20:43 516
Ölkə futbolu
Rusiya birinci liqasında 32-ci turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Kamran Əliyevin çıxış etdiyi "SKA-Xabarovsk" "Volqar Astraxan"la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Azərbaycanlı futbolçu matça ilk "11-lik"də çıxıb. Oyunçu 57-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, ​“SKA-Xabarovsk” 32 turdan sonra 53 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.