Rusiya çempionatında 22-ci turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Ayaz Quliyevin çıxış etdiyi “Arsenal” (Tula) səfərdə “Zenit”lə üz-üzə gəlib və matçdan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.
Azərbaycanlı futbolçu bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi ilk "11-lik"də meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Arsenal” 22 turdan sonra 20 xal toplayıb və 16 klub arasında 14-cü pillədə qərarlaşıb.
Ayazın komandası məyus oldu
Ölkə futbolu





