"Qəbələ"nin əsas üzvü "Keşlə" ilə matçda meydanda ola bilməyəcək

2.04.2022 10:24 536
Premyer-liqa / Manşet
Premyer-liqanın 21-ci turunda "Qəbələ" "Keşlə" ilə qarşılaşacaq.

"Qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev 1 futbolçunun xidmətindən yararlana bilməyəcək. Söhbət yarımmüdafiəçi İsnik Alimidən gedir. Albaniyalı sarı vərəqə limitinə görə "qırmızı-ağlar"la matçda meydanda ola bilməyəcək.

İsnik Alimi "Qəbələ"nin əsas üzvlərindən biridi. O, premyer-liqada 20 matçda meydanda olub. Bu görüşlərdə 6 qol vurub, 3 ötürmə edib.

Qeyd edək ki, görüş aprelin 3-ü saat 15.00-da start götürəcək.