Fəridin komandası məyus oldu

10.04.2022 15:19 465
Ölkə futbolu
Çexiya 1-ci liqasında 22-ci turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Fərid Nəbiyevin şıxış etdiyi "Viktoriya" "Zbroyvka Brno" ilə üz-üzə gəlib və matçdan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

Azərbaycanlı futbolçu mübarizəyə ilk "11-lik"də başlayıb. Fərid fasilədə əvəzlənib.

Qeyd edək "Viktoriya" 22 turdan sonra 11 xalla 16-cı pillədə qərarlaşıb.